SON XƏBƏRLƏR

Kanada parlamenti “Sepah”ı terror təşkilatları siyahısına salıb

2021.10.20, 07:36
Kanada parlamenti “Sepah”ı terror təşkilatları siyahısına salıb

Gunaz.tv

GünAz TV: Kanada parlamenti səsvermə əsasında İran İslam İnqilabı Keşikçiləri Korpusunu (Sepah) terror təşkilatları siyahısına salaraq, dövlətdən rəsmi Tehranla apardığı müzakirələri dayandırmağı tələb edib.

 

Bununla bağlı layihəni mühafizəkar deputat Qarnet Genuis parlamentə təqdim edib. Bundan öncə Kanada Konsevrativ Partiyasının rəhbəri Andrev Şiyr oktyabrın 21-də keçiriləcək seçkilərdə qalib gəldiyi təqdirdə, “Sepah”ın terror təşkilatları siyahısına daxil edəcəyinə söz vermişdi.

 

O qeyd etmişdi ki, biz insan haqlarını pozan, Kanada vətəndaşlarını öldürən, terrorizmi dəstəkləyən və nüvə sahəsində imzalanmış beynəlxalq razılaşmaları pozan İran rejiminə qarşı addımlar atacağıq.

 

“Bu qərar İrana qarşı təzyiq siyasətinin tətbiq edilməsi üçündür. İran rejimi davamlı olaraq insan haqlarını ayaqları altına aldığından, Sepahı təzyiq üçün terror təşkilatları siyahısına salacağıq”- deyə Andrev Şiyr əlavə etmişdi.

 

Xatırladaq ki, sentyabr ayında Kanada hökuməti İranın bu ölkədə olan və dəyəri on milyonlarla dollar ölçülən mülklərini satıb, pulları bütün dünyada rəsmi Tehranın törətdiyi terror aktlarından zərər görənlərə verdiyini bəyan etmişdi.

 

Buna cavab olaraq İran məhkəmə sisteminin rəhbəri İbrahim Rəisi bildirmişdi ki, təmsil etdiyi qurumun beynəlxalq əlaqələr şöbəsi Xarici İşlər Nazirliyi ilə birlikdə Kanadanın mülklərinin aşkara çıxarılması və ələ keçirilməsi üçün lazım olan tədbirləri başladıb.

 

Qeyd etmək lazımdır ki, cari ilin aprel ayında Amerika Birləşmiş Ştatları da “Sepah”ı xarici terror təşkilatları siyahısına daxil etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar