SON XƏBƏRLƏR

Kanada universitetlərindən biri Nəsrin Sütudəyə fəxri doktorluq verəcək

2021.10.20, 07:36
Kanada universitetlərindən biri Nəsrin Sütudəyə fəxri doktorluq verəcək

Gunaz.tv

GünAz TV: Kanadanın “Queen's” Universiteti İranda məhkumluq həyatı yaşayan hüquqşünas Nəsrin Sütudəyə fəxri doktorluq verəcək.

 

Universitetin yaydığı bəyanatda bu qərara səbəb kimi onun azadlıq uğrunda etdiyi mücadilə göstərilir.

 

Bir müddət əvvəl sözügedən ali təhsil müəssisənin 500 tələbəsi və 50-dən çox müəllimi Nəsrin Sütudəyə fəxri doktorluq təqdim edilməsi ilə bağlı universitet rəhbərliyinə məktub ünvanlamışdılar.

 

Xatırladaq ki, xanım Sütudə “milli təhlükəsizlik əleyhinə təbliğat və çalışma”, “yalan yayma” və “ictimaiyyəti kütləvi itaətsizliyə təşviq etmə” kimi saxta ittihamlarla ümumilikdə 33 il həbs və 148 şallaq zərbəsinə məhkum edilib. İran Cinayət Məcəlləsinə əsasən, o, 12 ildən tez əfv də daxil olmaqla, heç bir halda azadlığa çıxa bilməz. O, 2018-ci ilin iyun ayında öz evində təhlükəsizlik qüvvələri tərəfindən saxlanmışdı.

 

Amnesty İnternational, digər beynəlxalq insan haqları təşkilatları və Avropa ölkələri dəfələrlə İrandan Nəsrin Sütudəni dərhal azadlığa buraxmağı tələb ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar