SON XƏBƏRLƏR

Kaşanda daha 1 nəfər edam edilib. Urmiya zindanında isə 2 məhkum edama hazırlıq üçün təkadamlıq kamerala köçürülüb

2021.10.20, 07:36
Kaşanda daha 1 nəfər edam edilib. Urmiya zindanında isə 2 məhkum edama hazırlıq üçün təkadamlıq kamerala köçürülüb

Gunaz.tv

GünazTV: İranda qəsdən adamöldürmədə və qətldə günahlandırılan daha 1 nəfər edam edilib, barəsində ölüm hökmü çıxarılmış 2 məhkum isə edama hazırlıq üçün təkadamlıq kameralara köçürülüb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir il əvvəl gizli münasibətdə olduğu bir qadının ərinin qətlində günahlandırılan və adı mediaya açıqlanmayan məhkum, iyulun 21-i sübh saatlarında Kaşan şəhərinin zindanında dara çəkilib.

 

Həmçinin Urmiya zindanında saxlanılan, qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər, iyulun 24-də edama hazırlıq məqsədilə həbsxananın ümumi korpusundan təkadamlıq kameralara köçürülüb. Məhkumlardan birinin adı (Şahin Qulami) mediaya açıqlanıb. Hər iki məhkumun yaxın saatlarda və ya qarşıdan gələn günlərdə dara çəkiləcəyi gözlənilir.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar