SON XƏBƏRLƏR

KAŞĞARLI MAHMUDUN 1000 İLLİYİ

2021.10.20, 07:36
KAŞĞARLI MAHMUDUN 1000 İLLİYİ

Gunaz.tv
Əldə olan Əski Türk yazınını anımsatıqda sözsüz “ divai luğati Türk” yapıtı öndə durur. Bu yapıtın araşdırmacı yazarının doğum min(1000) illiyi əkinsəl sevinci bizlərdə yaradır. İllər boyu Kaşğarlı Mahmudun doğum ilini biriləri 1008 , biriləri isə 1025 olaraq yazardılar. Araşdırmaların sonucu olaraq 1008. il doğru bilinmişdir. Buna görədə Yuneskoda bu ili Kaşğarlı Mahmud ili olaraq adlandirmışdır. Bununla ilgili çeşitli Türk yurdlarında bilimsəl törənlərlə yarışmalar geçiriləcəkdir. Kaşğarlı Mahmud on birinci yüz ildə Qaraxanlılar Devletinde yetişmiştir. Kəşf-üz-Zünün’da adı Mahmud bin Hüseyin bin Muhamməd olarak geçməktədir. Ünlü yapıtı Divanü Lügati’t-Türk’tür. Öz dediyine görə atası Barsaganlı bir bəydir. Divan’ını Halife Ebü’l-Kasım Abdullah bin Muhammedü’l-Muktədi bi-Emrillah’a 1072 yılında sunmuştur. 1071-1077 tarixləri arasında Bağdatda olmuş, Türk dililə əkinini Ərab acununa (dünyasına) tanıtılmasında önəmli katkısı olmuşdur. Bilindiyi kimi Qaraxanlılar ilk müsalman Türk devlətini qurmuşdular. Onların devlət dili Türk dili olduğu üçün bu dilə çeşitli alanda önəm verilmiş, gəlişməsinə yardım etmişdilər. Onlar Türk gələnək görənəklərinidə ulusal dəyər kimi yaşatmağa çalışmışlardır. Balasağunlu Yusufin (yusuf has hacəbin) Qutadqu bilik yapıtı, Türk törələrilə davranışlarına deyindiyi üçün qaraxanlı xaqanı Uluğ Qara buğranın sevgisini qazanmış, ona devlətdə yüksək görəv vermişdir. Nə yazıq Qaraxanlılar dönəmilə bağlı indiyə kimi doğru düzgün araşdırmalar aparılmamışdır. Ulusal Türk dəyərlərini belə mənimsəyən bir devlətın aydınıda ancaq Kaşğarlı Mahmud kimi ola bilərdi. O, bu vurğunluqla kənd kənd, oymaq oymaq Türk yurdlarını gəzib, çeşitli deyimləri, qoşuqları( şeirləri), ağızları (ləhcələri), yer adlarını ( toponimləri) toplamış, ən sonunda da ilk Türk xəritəsin yaratmışdır. Buna görədə ona ilk Türk budunbətim (etnolog), yazınçı (filolog), xəritəçi, toponomçi deyilir. Kaşğarlının “cəvahirün nəhvi fi lüğəti Türk” adınada bir başqa yapıtıda varımış. Divanda bu yapıtdan ad aparır. Ancaq bu yapıd indiyə kimi tapılmamışdır. Bu yapıtıda Ərəblərə Türkcəni öyrətmək üçün yazmışdır. Kaşğarlı yapıtının ön sözündə yazar : “ Türk atı ərəb atından yürək olduğu kimi , Türk dilidə Ərəb dilindən o kimi yürəkdir. Mən bunu Ərəb xəlifəsilə ərəblərə göstərmək istirəm”. Sonra hədis olaraq yazar : “ Acunun ən arı havasında yüksək törələrlə, davranışlarla ərdəmli Türk adında bir ulus yaşayar. Onlar tanrının əskərləridir. Tanrı kimə qızarsa onları üstlərinə saldırar”. Nə yazıq 1913. ilə kimi bu yapıt basılmamış,yüz illər boyu Türk bilginləri ondan yararlanamamışlardır. 1913.ildə Kilisli Rəfət yorumsuz olaraq özgününə(orijinalına) dayalı 3 cildə yayımlır. Ancaq ondan sonrada illər boyu Türk ölkələrində ögeylik ilgilərdən dolayı araşdırılmır. 40. illərdən sonar Bəsim Atalayın qayğısı sonucu Türkiyədə tanınmağa başladı. 1960-64 də Üzbəkistanda, 1981-84 də Urmuçuda( doğu Türkistanda), 1982-85 də Amerikada ingilis dilndə, 1997-98 də Qazaxstanda, 1998də özət olarq Tehranda, 2005 də isə Dr H. Düzgünün çabasıyla yapıtın bütünü Türkcə, farsca yenə Tehranda baılmışdır. İki il bundan öncədə quzey Azərbaycanda basılmışdır. Güney Azərbaycanda bu dəyərli yapıtla bağlı çeşitli bilgiləri “ varlıq” dərgisinin baş yazarı Türkçü( Türkoloq) Dr. Həmid Nütqı( aytan) illər böyu sunmuşdur. H. Nütqü öz dəyərli yorumlarında bu yapıtda olan inciləri bircə bircə güneyli oxuculara sunaraq , gənclərdə Türk dilinə güvəni aşılamışdır. Kaşğarlı illər boyu titizliklə kənd kənd ,oymaq oymaq gəzib Türk əkininin bu incilərini bir yerə toplayıb, itib, batmaqdan qorumuşdur. Bu yapıt bir sözlük olduğu kimi , böyük bir bilklikdir( ensklopediyadir). Biz bu yapıtda çeşitli Türk ağızlarıla bağlı bilgi əldə edirik. Bu alanda apardığı dəyərli işlərə görə onu diyalektoloji biliminin qurucusu, muqayiseli ağız çalışmalarınında öncülü olaraq görmək olar. Divan böyük bir uyğarlığın əkin(kültür) xəzinəsidir. Burada olan bir çox sözcüyün varlığı əski Türk uyğarlığına ışıq tutmaqdadır. İllər boyu boynumuzu yabanı yazılarının qaralamlarında kiçikliyə oxşayan düşüncələrə, ən tutarlı yanıtı orada olan sözcüklərimiz verməkdədir. Nə mutlu bizə bu ulusal sevinci kaşğarlı dəyərli işilə vermişdir. Bu gün divanda olan yüzlərlə yaşanacaq öz Türkcələrimiz dil bilginlərinin istər bilikli istər biliksiz duyarsızlıqları sonucu, “ölmüş” (arxeiqleşmiş) deyə diri diri bastırılmışdır. Dil bilgisindən uzaq bu sözqırımçılar “Səməd bəy”, “Mirzə məhəmmədəli”, “ Rüstəm bəy”( anamın kitabı-Mirzə cəlil) kimi yabancılığıa bayarq qaldırıb, analarının kitabında özlərini oxumamışlardır. “Sağucu”(həkim) divanda yaşayan bu uğarlıq bəlirtisini öldürmək əkinqırımı deyildə, nədir!? Bunun kimi hansı bir söz insanın sağlığıyla ilgilənən bilgini bir Türkə yorumlaya bilər!? Bu işi biz Türkləri əkinsiz (kültürsüz) uyğarsız göstərmək üçün görmürlərmi? “Otaçı” (əttar) bundan arı, bundan duru hansı bir sözcük otla sağaldan birisini anlada bilər!? Bunlar bir uyğarlığın bəlirtisi deyildə nədir!? Divan olmasaydı biz ütünün bir Türk ürünü olduğunu bilərdikmı?. Yüzlərlə bu gün yaşanacaq sözcükərimiz divanda saxlıdır. Ancaq usallığımızdan (səhlənkarlığımızdan) bunları unudub, onların yerinə yabancı sözcükləri böyuk görünmək üçün çeynirik. Divanda bir çox sözün kökənlərini (etimologiyasını) incələsək geçmişliyimizdə qaranlıq qalan bir çox konulara ışıq tuta bilərik. Örnəyin “ ərgənə” . Bu sözün anlamını divan “ gələcək gün” olaraq verir. Bilindiyi kimi divan ərəb əlifbasında yazılmışdır. Bu əlifbanın yetərsizliyindən Türkcə olan çoxlu sözlər yanlış yazılıb, sonralarda yanlış oxunmuşdur. Bakıda olarkən 15 il bundan öncə cumhuriyət gündəcində “ ərgənəkonmu , ərgənəgünmü” konuyla bağlı bir yazı yazmışdım. Ordada divana dayalı düşüncələrimi yorumlamışdım. Divanda gələcək gün anlamında verilən “ərgənə” sözünə “kon” deyil “gün” artırsaq, “ərgənəgün” olmazmı? Bilindiyi kimi Ərəb əlifbasında “g” səsi yoxdur. Buna görədə GöyTürk təkinləri olan İl xanla doqquz oğuz , varıb sığındıqları o yerə “Ərgənəgün” adı vermələri daha doğru görünür. Oradan çıxmalarını bayram etmələri günədə elə o adı vermələri doğrudur. Çün, onlar gələcək günlərin orda gördükləri üçün o adı ora vermişlərdir. Farsların “ nevruz” sözcüğüdə bundan alıntı ola bilər. Divanda səsbilgisindən( fonetikadan) qaynaqlanıb, anlambilimə(semantikaya) varacaq çoxlu yanlışlıqlar var. Bu yanlışlıqlar üzərində işlənilərsə anlamları aydın olmayan çoxlu yer adlarımızında anlamları bəlli olar. Ornəyin “ Bakı” sözünün anlamı təpə üstü yer olaraq yazılmışdır. Ancaq orada “k” səsi yerinə “ q” yazıldığından sözün anlam biliminə önəm verilməmişdir. Bu nədənlə geçmişimizi yabancılaşdırmağa çalışanlar bu yanlışlardan olduqca yararlanmışlardır. Buna görədə “Bakiya” anlam vermək üçün onu “ badikube” etməkdən qaçınmamışlardır. Kaşğarlı Mahmudun bu eşsiz yapıtı bir sözlə Türkün geçmişinə bütün yönlərilə ışıq tutan çox böyük bir qaynaqdır. Bu qaynağı olduğu kimi dəyərləndirmək min ( 1000) illiyinin sevincini yaşayan bizlərin borcudur. Biz bu qaynağın yüksək dəyərini çağdaş Türk toplumuna aşılayaraqsa ulusal güvəncimiz artacaqdır. Bu ölməz yapıtın yüksək dəyərini gələcək quşaqlara axtarmaqda böyük bir ulusal görəvdir. Türk ulusuna yöm vermış ulu Kaşğarlı Mahmuda da biz “ neçə min illərə dədəm” diləklərimizi sunuruq. Nə mutlu min yaşını biz gördük. Ərsan Ərel

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar