SON XƏBƏRLƏR

Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

2021.10.20, 07:36
Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq

Gunaz.tv
Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda Azərbaycan Mədəniyyət Mərkəzi açılacaq. APA-nın Tatarıstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Azərbaycan-Tatarıstan hökumətlərarası komissiyanın Kazanda keçirilən 2-ci iclasında bu respublikanın mədəniyyət nazirinin müavini Zilya Valeyeva deyib. O bildirib ki, hazırda 2008-ci ildə Azərbaycanda Tatarıstan günlərinin, 2009-cu ildə isə Tatarıstanda Azərbaycan günlərinin keçirilməsi ilə bağlı danışıqlar aparılır. Qeyd edək ki, Azərbaycanın baş naziri Artur Rəsizadə hazırda Tatarıstan Respublikasında səfərdədir. -------------------------------------------------------------------- Bakıda Şimal-Cənub layihəsi üzrə işçi qruplarının görüşü keçirilir Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Bu gün Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılması layihəsinin reallaşması üzrə iştirakçı dövlətlərin işçi qruplarının növbəti görüşü başlayıb. Toplantıda Azərbaycan, Rusiya və İranın dəmir yolu ekspertləri iştirak edirlər. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsindən (ADDY) «APA-ECONOMICS»ə verilən məlumata görə, tədbirdə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi layihəsinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) xəttinin tikintisi ilə bağlı İran tərəfinin gördüyü işlər, əvvəlki üçtərəfli görüşlərdə imzalanmış sənədlərin icra vəziyyətinə baxılması, «Rusiya Dəmir Yolları» ASC-nin işlərin sürətləndirilməsi üçün layihə ilə bağlı «Birgə konsepsiyası» ilə bağlı təklifinin müzakirəsi və bu konsepsiyanın biznes-planının hazırlanması məsələləri müzakirə olunacaq. Qeyd edək ki, görüş iyunun 19-dək davam edəcək. Tədbirin sonunda yekun sənədlərin imzalanması nəzərdə tutulub. Xatırladaq ki, Şimal-Cənub nəqliyyat dəhlizi haqqında razılaşma Rusiya, İran və Hindistan arasında 2000-ci ilin sentyabr ayında imzalanıb. Razılaşma bütün nəqliyyat növlərinə – dəmir yolu, dəniz, avtomobil, çay və hava nəqliyyatına aiddir. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsi ilə sonrakı mərhələlərdə daşınan yükün həcmi ildə 15 mln. tona qədər artacaq. Qeyd edək ki, Azərbaycan bu sazişə 2005-ci ildə qoşulub. Şimal-Cənub nəqliyyat dəhlizi layihəsi çərçivəsində Azərbaycanda 8,5 km yeni dəmir yolu, hər biri 1 050 metr olmaqla 4 stansiya yolu, sərhəddə gömrük, viza və təkər dəyişmə məntəqəsi inşa olunacaq. Bundan başqa, İranla birgə Astara çayı üzərindən 101 metr uzunluğunda körpü inşa ediləcək. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar