SON XƏBƏRLƏR

Kazım Koroğlunun azadlığını tələb edən posterlər nümayiş etdirilib – Səhənd stadionunda

2021.10.20, 07:36
Kazım Koroğlunun azadlığını tələb edən posterlər nümayiş etdirilib – Səhənd stadionunda

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda azərbaycanlı fəal Kazım Səfabəxşin azadlığını tələb edən posterlər nümayiş etdirilib.

 

Azərbaycanlı milli fəallar arasında Kazım Koroğlu adı ilə tanınan fəalın sərbəst buraxılmasını tələb edən posterlər cümə günü “Traxtur”la “Fulad”ın görüşü zamanı qaldırılıb.

 

Kazım Koroğlu noyabrın 21-də “Traxtur”la “Perspolis”in Tehranda keçirilən görüşü ərəfəsində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onun harada saxlandığı bəlli deyil.

 

Təsdiq olunmamış bəzi xəbərlərə görə, azərbaycanlı fəal Tehranın Evin zindanında saxlanılır, onun nədə günahlandırıldığı barədə də heç bir rəsmi məlumat yoxdur.

 

Milli-mədəni fəallar bundan əvvəl də Tehran şəhərində bildiriş vərəqələri yayaraq azərbaycanlı  fəalın azadlığa buraxılmasını tələb ediblər.

 

Kazım Koroğlu “Tehran Traxturçuları”nın lideri kimi tanınır və “Traxtur” komandasının paytaxtda keçirilən oyunlarında tamaşaçı qismində aktiv iştirak edir. O mədəni fəaliyyətlərinə görə bundan əvvəl də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

Kazım Koroğlu təsvirin sol tərəfində:

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar