SON XƏBƏRLƏR

Kazım Qəribabadi: "Koronavirusa rəğmən, MAQATE-nin müfəttişləri yoxlamalar aparmaq üçün İrana gedə bilərlər"

2021.10.20, 07:36
Kazım Qəribabadi: "Koronavirusa rəğmən, MAQATE-nin müfəttişləri yoxlamalar aparmaq üçün İrana gedə bilərlər"

Gunaz.tv

GünAz TV: İranın Atom Enerjisi üzə Beynəlxalq Agentlik yanındakı daimi nümayəndəsi Kazım Qəribabadi iddia edib ki, ölkəsində qurumun müfəttişlərinin sərbəst yoxlamalar aparması üçün heç bir məhdudiyyət yoxdur.

 

O, hətta koronavirusun yayılmasına rəğmən, MAQATE-nin müfəttişlərinin ölkəsinə səfər edə biləcəklərini deyib. Bununla belə, diplomat bu xüsusda qərar verməyin müfəttişlərin özlərindən asılı olduğunu deyib.

 

"İranın nüvə proqramında şəffaflığı yoxlamalardan asılı deyil. Təftişlər aparılsa da, aparılmasa da, bizim şəffaflığımız hər zaman olduğu kimi qalacaq", - deyə Kazım Qəribabadi iddia edib.

 

Xatırladaq ki, MAQATE martın əvvəllərində yaydığı bəyanatda İranda 3 gizli nüvə obyektinin aşkarlandığını bildirmişdi. Agentlik həmin obyektlərdə təftişlərin aparılması üçün İrana dəfələrlə müraciət etməsinə baxmayaraq, rəsmi Tehrandan bu xüsusda razılıq ala bilmədiyini qeyd edirdi.

 

Ə.A

 

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar