SON XƏBƏRLƏR

"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

2022.07.04, 08:52
"İran Suriyada qətliam törədib"-Rəfsancaninin qızı

Gunaz.tv

O, Tehran rejiminin İsrailə düşmən olmasını fələstinliləri öldürməsi və Fələstin torpaqlarını işğal etməsi ilə əlaqələndirməsini absurd adlandırıb.

"İran hökumətinin İsraillə düşmənçiliyini o sistemin fələstinliləri öldürməsi və Fələstin torpaqlarını işğal etməsi ilə əlaqələndirməsi gülüncdür.

Əgər bu düşmənlik doğrudan da buna görədirsə, İran hökuməti niyə Ukraynanı işğal edən və ukraynalıları öldürən Rusiyanın yanında yer alıb"-deyə, xanım Haşimi sosial mediadakı çıxışında bildirib.

Kargüzarlar Partiyası Mərkəzi Şurasının üzvü, sözdə qətliamı pisləyən İran hökumətinin Suriya və Yəməndə, habelə başqa bölgələrdə daha çox insan öldürdüyünü söyləyib və belə bir hökumətin İsrailə qarşı ittihamlar irəli sürməsinin anlamsız olduğunu qeyd edib.

Barəsində yeni ittihamların irəli sürülməsindən çəkinən Faziə Haşimi İsraili müdafiə etmədiyini  desə də, İran hökuməti kimi bir sistemin İsrailə qarşı ittihamlar səsləndirməsinin yersiz olduğunu deyib.

Qeyd edək ki, Tehranın ümumi və inqilab prokuroru Əli Salehi iyulun 3-də keçmiş prezidentin qızı Faizə Haşiminin məhkəmə işi ilə bağlı verdiyi açıqlamada onun barəsində məhkumluq qərarının çıxarıldığını deyib.

Haçimi "İran İslam Respublikası sisteminə qarşı təbliğat fəaliyyəti və müqəddəsləri təhqir etmək"də ittiham olunur.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar