SON XƏBƏRLƏR

Keçmiş prezident həbs olundu - 45 il həbs cəzası ala bilər

2021.10.20, 07:36
Keçmiş prezident həbs olundu - 45 il həbs cəzası ala bilər

Gunaz.tv

GünAz TV: Barəsində həbs qərarı çıxarılan Cənubi Koreyanın keçmiş prezidenti Li Myanq-bak saxlanılıb.

 

Bu barədə "Qaynarinfo" xarici mediaya istinadən məlumat yayıb.

 

Rüşvət və vəzifəsindən sui-istifadə etməkdə ittiham edilən Li Seul Mərkəzi Bölgə Məhkəməsinin qərarı ilə həbsxanaya göndərilib. Onun 2008-2013-cü illərdə prezidentliyi müddətində kəşfiyyat orqanlarının iş adamları və digərlərindən 10,3 milyon dollar rüşvət aldığı iddia edilir.

 

Linin həmçinin qardaşı Li Sanq-eunun sahibi olduğu DAS avtomobil detalları şirkətinin daha çox gəlir əldə etməsi üçün vəzifəsindən sui-istifadə etdiyi də bildirilir.

 

Sabiq prezident barədə irəli sürülən ittihamlar sübuta yetiriləcəyi təqdirdə o, 45 il müddətinə azadlıqdan məhrum edilə bilər.

 

Qeyd edək ki, Linin xələfi olan Park Qeun Hye də ötən il vəzifəsindən sui-istifadə etdiyi üçün prezidentlik postundan azad edilmişdi.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar