SON XƏBƏRLƏR

Kəleybər Məhkəməsi 3 azərbaycanlı fəal barəsində qiyabi olaraq çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb – Sənəd

2021.10.20, 07:36
Kəleybər Məhkəməsi 3 azərbaycanlı fəal barəsində qiyabi olaraq çıxardığı qərarı olduğu kimi qüvvədə saxlayıb – Sənəd

Gunaz.tv

GünAz TV: Kəleybər Məhkəməsi azərbaycanlı fəallar Milad Əkbəri, Əkbər Cahangiri və Murtaza Pərvin barəsində qiyabı olaraq çıxardığı həbs və şallaq hökmünü olduğu kimi qüvvədə saxlayıb.

 

Fəallar, Kəleybər Məhkəməsinin 101-ci Şöbəsi qiyabi olaraq hökm çıxardığına görə, elə həmin məhkəməyə etiraz bildirib, müdafiə mətnlərini (mətn türk dilində yazılıb) aprelin 4-də hakimə təqdim etmişdilər. Lakin onların etirazı təmin olunmayıb, qərar yenidən təsdiqlənib.

 

Məhkəmə aprelin 5-də çıxardığı qərarda fəalların bəraət qazanmaq üçün qaneedici dəlil göstərmədiklərini bildirib.

 

Fəallar 20 gün ərzində Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinə müraciət edərək qərara etiraz edə bilərlər.

 

Kəleybər Məhkəməsinin 101-ci Şöbəsi İslam Cəza Qanununun 618-ci maddəsini rəhbər tutaraq fevralın 4-də çıxardığı hökmdə adı çəkilən fəalların hər birini 4 ay həbs və 40 şallaq zərbəsinə məhkum edib. Onlar “Babək qalasında qanunsuz toplaşmaq və qeyri-ənənəvi şüarlar səsləndirməklə ümumi asayişi pozmaq” kimi qondarma ittihamla üzləşiblər.

 

Hökmə əsasən fəalların hər biri 18 milyon rial ödəyərsə, həbs cəzası cərimə cəzası ilə əvəzlənəcək. Əks halda onların hər biri 4 ay müddətinə həbs olunmalıdır.

 

Qeyd etmək lazımdır ki, mədəni və siyasi hüquqlara dair beynəlxalq konvensiyada insan qüruruna toxunan şallaq kimi təhqiramiz cəza növləri qadağan edilib.

 

2017-ci il iyunun 30-da Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəmdinin ənənəvi ad günü mərasimi üçün Babək qalasına (Bəzz qalası) yürüş edən çox sayda milli-mədəni fəal, rejimin Azərbaycan əleyhinə həyata keçirdiyi ayrı-seçkilik siyasətinə etiraz etməklə yanaşı azərbaycanlı siyasi məhbuslar, o cümlədən mühəndis Siyamək Mirzayinin  azadlığa buraxılmasını tələb etmişdilər. M.Əkbəri, Ə.Cagangiri və M.Pərvin həmin mərasimdə daha 10 fəalla birlikdə saxlanılaraq zindana aparılıb, sonra müvəqqəti olaraq azadlığa buraxılmışdır.

 

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar