Kəleybərin millət vəkili: Azərbaycanın 4 əyalətində yanğını söndürmək üçün lazım olan vasitələr olmayıb

26.08.2019, 14:01

GünAz TV: Kəleybərin İran parlamentindəki millət vəkili ötən günlərdə Qaradağ bölgəsində baş verən geniş miqyaslı yanğına işarə edərək Azərbaycan əyalətlərində yanğını söndürmək üçün lazım olan vasitələrin olmadığını bildirib.

 

Quliulla Quluzadə bu barədə “İsna” xəbər agentliyinə danışıb.

 

“Çox təəssüflər olsun ki, yanğında çox sayda heyvan və quş tələf oldu. Meşə və otaq sahələri yanmaqla yanaşı bölgə əhalisi də baş verən yanğından ziyan görüb.

Ölkənin şimal-qərb bölgəsində yerləşən Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan əyalətlərində yanğını söndürmək üçün lazım olunan vasitələr olmayıb.”- deyə o bildirib.

 

Azərbaycanlı millət vəkili bütün imkanların ölkənin mərkəzində cəmləşməsini də tənqid edib.

“Hadisə baş vermədən önləyici tədbirlərin alınması, həmçinin avadanlıq və imkanların ədalətli şəkildə paylanılmasına diqqət yetirilmir. Misal üçün, ötən günlərdə biz yanğın hadisəsini mərkəzə sübut edənə qədər çox gec oldu və bölgəyə çoxlu ziyan dəydi. Bizə vədlər verildi, lakin helikopterlər 6 gün sonra əraziyə çatdırıldı.

Ona görə də biz bütün imkanların bir mərkəzdə cəmləşməsinin aradan qaldırılmasını tələb edirik. Bütün imkanlar ölkədə ədalətli şəkildə paylanılmalıdır. İmkanların bir və ya iki nöqtədə cəmləşməsi qəbuledilməzdir.”- deyə o əlavə edib.

 

Q.Quluzadə qeyd edib ki, sənaye naziri Şərqi Azərbaycan əyalətinə yanğınsöndürən bir helikopterin veriləcəyini bildirib. Millət vəkilinin  sözlərinə görə, helikopter bölgə əhalisinə borclu olan Süngün Mis Mədəni Şirkətinin vəsaiti hesabına alınacaq və həmin kompleksin ixtiyarına veriləcək. Biz verilən vədin yerinə yetiriləcəyinə ümid edirik.

 

Kəleybərin millət vəkili Qaradağ meşələrinin qəsdən yandırılması haqda yayılan xəbərlərin şayiə olduğunu da diqqətə çatdırıb. “Qaradağ meşələri bölgə əhalisinin heysiyyəti və kimliyidir. Əhali yanğını söndürmək üçün çox yardım etdi. Kimsə öz sərmayəsinə ziyab vurmaz. Bu barədə yayılan xəbərlər şayiədən başqa heç nə deyil.”- deyə Q.Quluzadə bildirib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Qərbi Azərbaycan əyalətində onlarla kəndin yolu bağlanıb

2022-01-28

gun az article

Zənganda dəmir yolu işçiləri tətilə başlayacaq-4 aydır onların əmək haqqı verilmir

2022-01-28

gun az article

Sərəskənddə inşasına 15 il bundan öncə başlanan “Səhənd” su bəndinin tikintisi yarımçıq qalıb

2022-01-28

gun az article

Qəzvinin sement zavodunda güclü yanğın -VİDEO

2022-01-28

gun az article

Həmədanda yol qəzalarında ölənlərin sayı artıb

2022-01-28

gun az article

Ərdəbildə yolların açılması üçün texnika çatışmır

2022-01-28

gun az article

Qərbi Azərbaycanda kənd adı kürdləşdirilib

2022-01-28

gun az article

İranın dövlət televiziyasına kiber hücum edilib

2022-01-28

gun az article

Əlirza Fərşi “Bina” xəstəxanasına aparılıb: Milli fəal gözündən əməliyyat olunub

2022-01-28

gun az article

Təbrizdə türk dilində "Koroğlu" tamaşası səhnəyə qoyulub

2022-01-28

gun az article

Güney azərbaycanlı dəmir yolu işçiləri tətil aksiyasına başlayır

2022-01-27

gun az article

Qərbi Azərbaycanda istehsal müəssisələrinin çoxu fəaliyyətini dayandırıb

2022-01-27

gun az article

Urmu zindanında iki nəfər edam edilib

2022-01-27

gun az article

Ərdəbil əyalətinin su və kanalizasiya xətləri köhnədir

2022-01-27

gun az article

Məlikanda bir neçə hökumət məmuruna qarşı cinayət işi açılıb

2022-01-27

gun az article

Şərqi Azərbaycanda koronovirusun yeni ştammına yoluxanlar çoxalıb-Ölənlər var

2022-01-27

gun az article

Ərdəbildə yolların bağlı olması yeniyetmənin ölümünə səbəb oldu

2022-01-27

gun az article

Urmu gölünün sahəsi dahada kiçilib

2022-01-27

gun az article

Xoy zindanında saxlanılan milli fəal sərbəst buraxılıb

2022-01-27

gun az article

Qərbi Azərbaycanda 6 tarixi abidə milli əsərlər siyahısına salındı

2022-01-26