SON XƏBƏRLƏR

Kənd evlərinin 70 faizi təbii fəlakətlərə qarşı davamsız və ya az davamlıdır – Qərbi Azərbaycanda

2021.10.20, 07:36
Kənd evlərinin 70 faizi təbii fəlakətlərə qarşı davamsız və ya az davamlıdır – Qərbi Azərbaycanda

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycan Əyaləti Mənzil Fondunun rəisi təmsil etdiyi əyalətdə kənd evlərinin əksəriyyətinin təbii fəlakətlərə qarşı davamsız və ya az davamlı olduğunu bildirib.

 

Mahmud Bədəli bu barədə bazar günü “Fars” xəbər agentliyinə danışıb.

 

“Qərbi Azərbaycanda 2 min 725 kənd var. Kəndlərdə 258 min fərdi yaşayış evi var. 2 min 200 kəndin hər birində 20-dən çox ailə yaşayır.”- deyə o bildirib.

 

Mahmud Bədəli sözlərinin davamında kənd evlərinin 70 faizinin təbii fəlakətlərə qarşı davamsız və ya az davamlı olduğunu qeyd edib.

 

Onun sözlərinə görə, yalnız 30 faiz evlər təbii fəlakətlərə qarşı davamlı tikilib.

 

Mahmud Bədəli bildirib ki, kənd evlərinin  zəlzələyə davamlılığını artırmaq Qərbi Azərbaycan Əyaləti Mənzil Fondu üçün prioritet məsələdir, lakin əhali özü də bu istiqmaətdə fəal olmalıdır.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar