SON XƏBƏRLƏR

Kennet Makkenzi: "Sentkomun hədəfi regionda İran rejiminin təhdidləri ilə mübarizədir"

2021.10.20, 07:36
Kennet Makkenzi: "Sentkomun hədəfi regionda İran rejiminin təhdidləri ilə mübarizədir"

Gunaz.tv

GünAz TV: Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrin Mərkəzi Komandanlığının başçısı, general Kennet Makkenzi İranı gəmilərin sərbəst hərəkəti və regional ticarətə təhdid yaratmaqda ittiham edib.

 

ABŞ Senatının Silahlı Qüvvələr Komitəsinin iclasında çıxış edən general bildirib ki, maksimum təzyiq siyasəti davam etdiyindən, Sentkom qüvvələri regionda mənzillənərək, İranın bu siyasət qarşısında hərbi gücdən istifadə etməsinin qarşısını almalıdır.

 

O, həmçinin qeyd edib ki, Sentkomun hədəfi regionda İran rejiminin təhdidləri ilə mübarizədir.

 

Xatırladaq ki, Mərkəzi Komandanlıq fevral ayının ortalarında Ərəb dənizində İrandan Yəmən husilərinə silah-sursat daşıyan gəmini saxladığını bəyan etmişdi. Bundan sonra tərəflər arasında yenidən siyasi böhran yaşanmışdı.

 

Gəminin saxlanmasından bir neçə gün sonra Amerika Birləşmiş Ştatlarının Birləşmiş Millətlər Təşkilatı yanındakı səfiri Kelli Kraft İranın Yəməndə husilərə silah göndərməklə, bu ölkədə hökm sürən müharibənin siyasi yolla həllinə mane olmağa davam etməkdə ittiham etmişdi.

 

Kennet Makkenzi çıxışı zamanı həmçinin qeyd edib ki, ABŞ qüvvələrinin regionda mənzinllənməsi ölkəsinin öz müttəfiqləri və milli mənafeyini qorumaq üçün lazım olan bütün zəruri addımları atacağına dair İrana açıq siqnaldır. O, rəhbərlik etdiyi orqanın gələcək hədəfinin İran rejiminin qarşısının alınması üçün regionda əməliyyat potensiyalına sahib qüvvələri yerləşdirmək olduğunu deyib.

 

İranın nüvə proqramı məsələsinə də toxunan general ölkəsinin strategiyasının rəsmi Tehranı nüvə silahı əldə etməyə aparan bütün yolları bağlamaq və bu rejimin region ölkələrində bədxah əməllərinə son qoymağa əsaslandığını qeyd edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar