Kərbəlada İran konsulluğuna od vuruldu - VİDEO

2021-05-10 10:32

Mayın 9-da İraqda etirazçılar Kərbəladakı İran konsulluğunu yandırıblar. Buna həmin şəhərdə tanınmış fəalın öldürülməsi səbəb olub.

Gunaz.tv Quote | Gunaz article

Ehab Cavad əl-Vəzni 2019-cu ilin oktyabrında İraqda çaxnaşma yaratmış antihökumət etirazlarının təşkilatçısı idi. O, korrupsiyanı, İrana bağlı silahlıların və ümumiyyətlə Tehranın İraqdakı nüfuzunu tənqid edirdi.


Fəal dünən evinin qarşısından motosikletlə keçən naməlum silahlılar tərəfindən öldürülüb. 


2019-cu ilin oktyabrından ölkədə azı 30 fəal qətlə yetirilib. Bunu İraqın İnsan Haqları Komissiyasının üzvü Əli əl-Bayati deyir. 600-dək etirazçı isə əsasən yürüşlərdə İranın dəstəklədiyi silahlı qruplar tərəfindən öldürülüb.


Vəzninin ölümü Kərbəlada etirazlara səbəb olub, yollar, körpülər bağlanıb, təkər yandırılıb.


“İran rədd olsun!”, “Adamlar rejimin getməsini istəyirlər!” – mayın 9-da yüzlərlə insan Vəzninin nəşini Kərbəladakı məbədlərə apararkən bu şüarları səslənidirib.


Axşam isə onlar İran konsulluğu qarşısına yığışıb, onun divarına, darvazasına od vurublar. Bunu internetdə yayılan videolarda görmək olar.


İraqın digər şiə şəhərləri olan Bəsrə, Nəsiriyyə və Nəcəf şəhərlərində də etirazlar keçirilib.


2019-cu ilin oktyabrından başlanan, bir neçə ay çəkən etirazlarda ölkənin siyasi strukturunun dəyişdirilməsi, korrupsiyaya son qoyulması, dövlət sektorunun təkmilləşdirilməsi tələb olunub. Koronavirus pandemiyası başlanandan etiraz hərəkatı səngiyib. (azadliq.org)

تشييع الوزني

VİDEO: 

A.M

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16

gun az article

“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16

gun az article

İranda azərbaycanlı namizəd prezident seçkisində iştirakdan imtina etdi

2021-06-16

gun az article

Jurnalistlər Füzuli rayonuna səfərə gedib

2021-06-16

gun az article

Bu gün terror-təxribat törədən erməni silahlı dəstəsinin 14 üzvünün məhkəməsi başlayır

2021-06-16

gun az article

İran həbsxanalarında qadınlara cinsi təcavüz hekayətləri

2021-06-16

gun az article

Kosmik Agentliyə sədr təyin edilib

2021-06-16

gun az article

Ərdoğan bu gün Milli Məclisdə çıxış edəcək

2021-06-16

gun az article

İstiqlalçı millət vəkili vəfat edib

2021-06-16