SON XƏBƏRLƏR

Kərbəlada İran rejiminin və Xomeyninin tanınmış müxaliflərindən olan məşhur iraqlı yazıçı Əla Məşzub qətlə yetirilib

2021.10.20, 07:36
Kərbəlada İran rejiminin və Xomeyninin tanınmış müxaliflərindən olan məşhur iraqlı yazıçı Əla Məşzub qətlə yetirilib

Gunaz.tv

GünAzTV: İraqın Kərbəla şəhərində İran rejiminin və islam respublikasının qurucusu Ruhullah Xomeyninin tanınmış müxaliflərindən olan məşhur iraqlı yazıçı Əla Məşzub naməlum şəxslər tərəfindən qətlə yetirilib.

 

Hadisə, fevralın 2-si axşam saatlarında İraqın Kərbəla şəhərinin cənubunda yerləşən “Bab əl Xan” məntəqəsində baş verib. Motosiklet sürən iki naməlum şəxs evinin qabağında duran 51 yaşlı məşhur yazıçını odlu silahlardan atəşə tutublar. Nəticədə, 13 güllə yarası alan Əla Məşzub yerindəcə həlak olub. Terror aktını törədən hücumçular hadisə yerindən qaçıblar.

 

Bildirilir ki, öz yazılarında, eləcə də “Facebook” sosial şəbəkəsində yazıb paylaşdığı postlarında islamın siyasiləşdirilməsinə müxalif olduğunu bildirən, İran İslam Respublikasının qurucusu axund Ruhullah Xomeyninin ekstremist düşüncələrinin İraqda yayılmasına qarşı çıxan yazıçı, həmin tənqidi yazılarına görə dəfələrlə naməlum qüvvələr tərəfindən təhdid edilmişdi.

 

Yazıçıya qarşı törədilən terror aktının məsuliyyətini hər hansı bir siyasi cərəyan üzərinə götürməsə də, iraqlı internet istifadəçiləri və yazıçıya yaxın mənbələr, qətl sifarişinin Tehrandan gəldiyini, terror aktının İraqda İrana bağlı radikal islamçı qruplaşmalar tərəfindən törədildiyini bildirirlər.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar