SON XƏBƏRLƏR

Kərbəlalı etirazçılar: “İran, itlərini ölkəmizdən yığışdır, Bağdad Tehrandan daha şərəflidir”- FOTO

2021.10.20, 07:36
Kərbəlalı etirazçılar: “İran, itlərini ölkəmizdən yığışdır, Bağdad Tehrandan daha şərəflidir”- FOTO

Gunaz.tv

GünAz TV: İraqda yenidən İranın bu ölkənin daxili işlərinə müdaxiləsinə qarşı etiraz aksiyaları keçirilib.

 

Etiraza çıxan iraqlılar həmçinin Müqtəda Əs-Sədrin tərəfdarlarının bir neçə gün öncə etirazçılara hücum etməsi və Məhəmməd Əllavinin Baş nazir təyin edilməsinə qarşı da şüarlar səsləndiriblər. Etirazçılar həmçinin mavi papaqlılar adlandırılan Sədr tərəfdarlarının mümkün hücumunun qarşısını almaq üçün Bağdadın mərkəzində yerləşən Əl-Təhrir meydanını bağlayıblar.

 

Fevralın 6-da Sədr tərəfdarları ilə etirazçıların döyüş meydanına çevrilmiş Kərbalada da fevralın 9-da yenidən nümayişlər başlayıb. Küçələrə axışan minlərlə insan Tehran rejiminin İraqın daxili işlərinə qarışmasına qarşı şüarlar səsləndiriblər.

 

 

“İran, itlərini ölkəmizdən yığışdır. Bağdad Tehrandan daha şərəflidir”, - etirazçıların şüarları arasında eşidilən cümlələrdən olub.

 

Qeyd etmək lazımdır ki, İraqda bir neçə ay öncədən başlayan nümayişlərin yatırılmasında və sivil etirazçıların öldürülməsində İrana bağlı yaraqlıların əlinin olması bu ölkədə anti-İran etirazlarına rəvac verib. Xüsusilə də, etirazların başlamasından bir neçə gün sonra “Sepah”ın “Qüds Briqadası”nın öldürülmüş komandanı Qasım Süleymaninin Bağdada səfər etməsi və aksiyaların yatırılması üçün iraqlı rəsmilərlə “öz təcrübələrini” bölüşməyə hazır olduğunu bəyan etməsi iraqlıların hiddətinə səbəb olmuşdu.

 

 

Digər tərəfdən, nümayişlər başlayandan hökumətə qarşı xalqla bir çıxış edən Sədr və tərəfdarları Məhəmməd Əlavinin Baş nazir təyin edilməsindən sonra fərqli mövqe sərgiləyirlər. Onlar ötən günlər ərzində dəfələrlə etirazçılara hücum ediblər.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar