Kərəcdə daha iki nəfər edam edilib

2021-02-19 09:56

Fevralın 17-də Kərəcin “Rəcayişəhr” zindanında biri qadın olmaqla 7 nəfərin edam olunması ilə bağlı mətbuatda xəbər yayılandan sonra insan haqları təşkilatları bu zindanda daha iki nəfərin asılaraq öldürüldüyü barədə bilgi veriblər.

Gunaz.tv Quote | Gunaz article

Eyni gün daha iki məhbus Musa Sədaqət və Məhəmməd Çəzanidə edam ediliblər. Onların fevralın 16-ı axşam saatlarında hökmün icrasından qabaq təkadamlıq kameraya köçürüldükləri deyilir. Hər iki şəxsin ölüm hadisəsində günahlandırıldığı bildirilir.


Qeyd edək ki, fevralın 17-də Kərəcin Rəcayişəhr zindanında biri edam olunan 6 nəfərin kimliyi barədə açıqlama verilməsə də, asılaraq öldürülən qadın məhkumun 42 yaşlı və iki uşaq anası Zahra İsmaili olduğu bəlli olub. O qətl hadisəsində günahlandırıldığı və edam hökmünün icrası üçün saxlanıldığı “Qərçək” zindanından Kərəcin Rəcayişəhr zindanına köçürülmüşdü.


Zəhra İsmaili dedektiv olan həyat yoldaşının ölümündə təqsirli bilinib. İran İnsan Haqları Təşkilatının bilgili qaynağa istinadən verdiyi xəbərə görə, Z.İsmaili həyat yoldaşı tərəfindən işkəncələrə məruz qalıb və özünü müdafiə zamanı dedektiv həyat yoldaşının ölümünə səbəb olub.


Bundan öncə bir sıra mətbuat orqanları 16 iyul 2018-də öldürülən Zahra İsmailinin həyat yoldaşı Əlirza Zamaninin dəfələrlə həyat yoldaşı və qızını işkəncə etdiyini, ölümlə hədələdiyini yazmışdılar.


Edamlar haqqında İran mətbuatı çox vaxt olduğu kimi məlumat vermir.
Mətbuatda gedən xəbərlərə görə, bu ilin başlanqıcından indiyə kimi İranda ən azı 40 nəfər edam edilib.


İranda edam məsələsi BMT-nin İranda İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Cavid Rəhmanın öz hesabatında toxunduğu əsas məsələlərdən biridir.


Cavid Rəhman 2020-ci ilin yanvarından dekabrına kimi İranda ən azı 233 nəfərin edam edildiyini, bunların çoxunun mühakimələrinin ədalətsiz aparıldığını bildirib.
    

İranda İnsan hüquqları Mərkəzlərinin statistikasına görə, ölkədə baş verən edam faktlarının 72 faizinin hökumət və məhkəmə sistemi tərəfindən bildirilmədiyini göstərir. İnsan haqları təşkilatları rəsmi şəkildə bildirilməmiş bu sayaq edamlara “gizli edam“ adı veriblər.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04