SON XƏBƏRLƏR

Kərim Ənsarifərd: Ərdəbilli və türk olmağımla fəxr edirəm - VİDEO

2021.10.20, 07:36
Kərim Ənsarifərd: Ərdəbilli və türk olmağımla fəxr edirəm - VİDEO

Gunaz.tv

GünAz TV: Məşhur ərdəbilli futbolçu və “Traxtur” komandasının keçmiş hücumçusu İran televiziyasında ərdəbilli və türk olmağı ilə fəxr etdiyini bildirib.

 

Azərbaycanlı ulduz futbolçu bu barədə iyunun 27-də İranın 5-ci telekanalında danışıb.

 

“Mən ərdəbilliyəm və bununla həmişə fəxr etmişəm. Mən oturub-durduğum hər yerdə türk olduğumu, ərdəbil uşağı olduğumu vurğulamışam”- deyə o bildirib.

 

Məşhur futbolçu azərbaycanlılar arasında “Kərim Savalan” və ya “Kərim Türkoğlu” adı ilə tanınır.

 

Kərim Ənsarifərddən fərqli olaraq Ərdəbilin daha iki məşhur futbolçusu Əli Dayi və Kərim Baqiri hətta zahirdə də olsa belə açıqlamalar verməkdən çəkinirlər.

 

Kərim Ənsarifərd hazırda Yunanıstanın Olympiakos klubunda oynayır, o yunan klubunun azərbaycanlı ulduz futbolçusu hesab olunur.

 

Video:

https://www.youtube.com/watch?time_continue=1&v=UXWn1pMov6o

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar