SON XƏBƏRLƏR

KƏRKÜKDƏ V TÜRKMƏN QURULTAYI KEÇİRİLİB_Səadəddin Ergec yenidən İraq Türkmən Cəbhəsi başqanı seçilib

2021.10.20, 07:36
KƏRKÜKDƏ V TÜRKMƏN QURULTAYI KEÇİRİLİB_Səadəddin Ergec yenidən İraq Türkmən Cəbhəsi başqanı seçilib

Gunaz.tv
KƏRKÜKDƏ V TÜRKMƏN QURULTAYI KEÇİRİLİB 34406_1 Səadəddin Ergec yenidən İraq Türkmən Cəbhəsi başqanı seçilib İSMAYIL İraqın Türkməneli bölgəsinin mərkəzi şəhəri olan Kərkükdə V Türkmən Qurultayı keçirilmişdir. Bağdad, Diyala, Səlahəddin, Ərbil, Kərkük, Mosul və Telafer kimi türkmən bölgələrindən seçilmiş 72 nümayəndənin qatıldığı qurultayda təşkilati işlərə baxılmış, ölkənin siyasi durumu, türkmənlərin durumu və Kərkük məsələsi müzakirə edilmişdir, deyə qurultayın yekun bəyanatında bildirilir. Türkmən təmsilçilər İraqın ərazi bütövlüyünü bir daha dəstəkləmiş, Nuri əl-Maliki hökumətinin ölkədə sabitliyi təmin etmək yönündəki çalışmaları təqdir edilmişdir. Onlar tələb etmişlər ki, türkmən bölgələrində silahlı qüvvələr siyasi partiyaların nəzarətindən çıxarılsın və bu bölgələrdəki peşmərgə dəstələri İraq mərkəzi hakimiyyətinin silahlı qüvvələri ilə əvəz edilsin. Onlar hesab edirlər ki, ölkənin saycı üçüncü ünsürü olan türkmənlərin hökumətdə fəal rol almaları İraqın inkişafına və demokratiyaya böyük faydalar verərdi. Eyni zamanda onlar bir daha tələb etmişlər ki, Konstitusiya düzəlişlərində türkmənlər ərəblər və kürdlərdən sonra üçüncü qurucu ünsür olaraq təsbit edilməlidirlər (hazırda onlar tam haqsız olaraq milli azlıq statusu daşıyırlar, baxmayaraq ki, sayları 3 milyondan çoxdur). Qurultayın yekun bəyannaməsində qeyd edilir ki, türkmənlər hakimiyyət strukturlarında az təmsil olunur, onların yaşadıqları bölgələrdə ana dillərindən istifadəyə maneçiliklər törədilir, bələdiyyə və səhiyyə xidmətləri maliyyə çətinlikləri içərisindədir. Qurultayda Ərbil türkmənlərinin durumu, blokpostlarda türkmənlərə əziyyət verilməsi və həbs edilmələri kimi məsələlər də müzakirə edilib. Lakin bununla belə onlar kürd siyasiləri ilə dialoqa hər zaman hazır olduqlarını bildirirlər. Mətbuata qapalı keçən (hətta Türkməneli TV üçün) bu qurultayda İraq Türkmən Cəbhəsinin rəhbəri doktor Səadəddin Ergec yenidən qurumun başqanı seçilmişdir. Türkmən Məclisi başqanı vəzifəsinə yenidən Yunus Bayraqdar seçilib. Kərkükdən aldığımız xəbərlərdən belə çıxır ki, qurultay nüfuzlu türkmən qruplaşmaları arasındakı ziddiyyətləri həll edə bilməmişdir. Türkməneli Partiyası və Türkmən Qərar Partiyası İTC rəhbərliyini nizamnaməni pozmaqda ittiham edərək qurultaydan çəkilmişlər. Qeyd edək ki, hazırda Kərkük İraqda "ixtilaflı bölgələr" sırasındadır və bu məsələ ilə BMT missiyası məşğul olur. Artıq etnik spektri kürdlərin xeyrinə dəyişilmiş olsa da, türkmənlər bu vəziyyətlə barışmır və uzlaşdırıcı dialoq təklif edirlər. Bunun fonunda isə kürdlərin liderlərindən olan Məsud Bərzani təcili referendum keçirilməsini (və bu şəhərin İraqın kürd bölgəsinə bağlanmasını) tələb edir və şərt qoyur ki, "ya Kərkük, ya da ayrılma". Bu təhdidini o, Londonda çıxan "Əl-Qüds əl-Ərəbi" qəzetinə son müsahibəsində səsləndirib. Türkmən xalqının düşmənləri öz işlərindədir. İraqın şimalındakı türkmən şəhəri Telafer yenidən xain bir aksiyanın acılarını yaşamışdır. Şəhər bazarında bomba yüklü nəqliyyat vasitəsinin partladılması nəticəsində 18 nəfər həyatını itirmiş, 90 nəfər yaralanmışdır... ayna

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar