SON XƏBƏRLƏR

Kərrubi Amerika mətbuatına açıqlama verib

2021.10.20, 07:36
Kərrubi Amerika mətbuatına açıqlama verib

Gunaz.tv

GünAzTv: İran müxalifətinin liderlərindən olan Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi Amerikanın “Nyu Yorker” qəzetinə açıqlamasında dinc müxaliflərə qarşı repressiyaların davam etdiyini bildirib.GünAzTv mətbuat mərkəzinin “Media forum” saytına istinadən yaydığı  məlumata görə, Mehdi Kərrubi deyib ki, İran zindanlarında dinc müxaliflərin zorlanaraq işgəncəyə məruz qalması hallarını ifşa etdiyinə görə ona qarşı təzyiqlər gündən-günə artır: “Yenə açıq-aşkar deyirəm ki, 2009-cu ilin iyununda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı etirazlarda tutulanları zindanlarda zorlayaraq işgəncə veriblər. Bu işgəncələr indi də ardıcıl olaraq davam edir.Bizim cəmiyyətdə cinsi təcavüzün qurbanı olanlar xəcalət və depressiyadan əziyyət çəkirlər. Rəsmilər elə şərait yaradıblar ki, zorlanan şəxslər ictimaiyyət qarşısında bu barədə danışmaqdan qorxurlar. Elə buna görə də cinsi təcavüzə məruz qalanların bəziləri öz dərdlərini danışmaq üçün mənə müraciət edir, bir qismi də susmaq və ya ölkəni tərk etmək məcburiyyətində qalır.Mənə təzyiqlər isə gündən-günə artır. Mən öz evimdə də özümü zərrə qədər təhlükəsiz hiss etmirəm. Son vaxtlar 5 gün ardıcıl olaraq evimə daş və əldəqayırma qumbara atıblar. Mən həmişə xalqın mənafeyini dəstəkləmişəm. Hər cür təhlükə ilə üz-üzə qalmağa da hazıram. Lakin mən islam və onun taleyi üçün nigaranam. Qorxuram ki, islam adı ilə insanlara hücum çəkib onlara əzab-əziyyət verən bu şəxslərin bu əməli sonda dinə ciddi xələl gətirsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar