Keşikçidağda qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib

2021-07-24 12:27

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə həyata keçirilən “Keşikçidağda elmi –arxeoloji qazıntılar və yay məktəbi“ adlı lahiyə çərçivəsində arxeoloji tədqiqatların yeni mərhələsi başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Qazıntılar zamanı Tunc dövrünə aid böyük kurqanlar aşkar edilib. Zəngin mədəni irsə malik qəbir abidələrində dövrün ən maraqlı həm də vacib elementləri aşkar edilib.

Son Tunc və İlk dəmir dövründə arealın otlaqlar üçün yararlığı, təbiətinin zənginliyi, su mənbələrinin yaxınlığı və xüsusilə də ticari karvan yollarının bu ərazidən keçməsi qədim tayfalar üçün Sarıyoxuş, Karvan və Qaltan dərələristrateji əhəmiyyət daşıyıb.

Sözügedən ərazilərdə tapılan kurqan tipli qəbir abidələri onu deməyə əsas verir ki,burada yüksək sosial statusa malik qədim tayfa nümayəndələri yaşayıb və dəfn ediliblər.

İlkin araşdırmalar zamanı Sarıyoxuş dərəsi 2 saylı kurqanın dəfn kamerasından Qədim Şərqdə geniş istifadə olunan silindrik möhür xüsusi olaraq diqqəti çəkməkdədir. Möhürdən çıxarılmış həkk üzərindəki təsvirlər Ön Asiyadakı Mitanni imperiyasının ən yüksək inkişaf dövrünün üslubundadır.

Silindrik möhür e.ə. II minilliyin sonu I minilliyin əvvəlində Şimali Azərbaycan ərazisində sinifli cəmiyyətlərin və dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisidir. Bu möhürün sayca altıncısının tapılması xarici alimlərin də maraq dairəsində olub.

Sarıyoxuş dərəsinin göstərilən kurqanlarında tədqiqatlar davam etməkdədir. Arxeoloji kəşfiyyat zamanı Sarıyoxuş və Karvan dərələrinin sərhədlərinin kəsişməsində “Ceyran çuxuru” adlanan ərazidə daha 3 daş və 1 torpaq örtüklü kurqan tipli qəbir abidələri qeydə alınıb.

Arxeoloji qazıntılardan əldə olunan nəticələr onu sübut edir ki, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisi bu cür tarixi maddi-mədəniyyət nümunələri ilə zəngindir. Buna görə də ərazidə arxeloji qazıntılarla bəranər arxeoloji kəşfiyyat işləri də davam etdilir. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyə ordusu PKK terrorçularını məhv edib

2021-09-19

gun az article

MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"

2021-09-19

gun az article

ABŞ-da Azərbaycanın BMT nümayəndəliyinin fəaliyyət göstərəcəyi “Türk evi” açılacaq

2021-09-19

gun az article

Əfqanıstanda partlayış: 3 ölü, 20 yaralı

2021-09-18

gun az article

Ermənistanda polis rəisinin müavini avtomobillə vurulub

2021-09-18

gun az article

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

2021-09-18

gun az article

Azərbaycanın tanınmış mədəniyyət xadimlərinin Şuşaya səfəri başa çatıb

2021-09-18

gun az article

Amerika rəsmisi: “Blinkenin iranlı həmkarı ilə görüşmək üçün planı yoxdur”

2021-09-18

gun az article

Ordumuzun minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir- VİDEO

2021-09-18

gun az article

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

2021-09-18

gun az article

Şuşada Beynəlxalq Musiqi Festivalının açılışı oldu

2021-09-18

gun az article

“Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov

2021-09-18

gun az article

İmran Xan: “İran-Səudiyyə qarşıdurması Pakistan üçün faciə sayılacaq”

2021-09-18

gun az article

“Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov

2021-09-18

gun az article

Türkiyə və ABŞ rəsmiləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

2021-09-18

gun az article

Livanın baş naziri: “Hizbullah”ın İrandan yanacaq idxal etməsi Livanın milli hakimiyyətini pozur”

2021-09-18

gun az article

İƏT Ombudsmanlar Assosiasiyası Qarabağla bağlı hesabat hazırlayacaq

2021-09-18

gun az article

"Aİ hərbi cəhətdən ABŞ-dan asılı olmamalıdır" - Almaniyalı nazir

2021-09-18

gun az article

Rusiyada virusdan daha 799 nəfər ölüb

2021-09-18

gun az article

Baş nazir: "Gürcüstan-Azərbaycan dostluq münasibətləri yüksək səviyyədədir"

2021-09-18