SON XƏBƏRLƏR

İki aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verib

2022.09.05, 08:14
İki aylıq mübarizədən sonra Təbriz məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verib

Gunaz.tv

Yunis Mahmudi özünün "insraqram" hesabında iki ay mübarizədən sonra oğlu Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə  Təbrizin Ümumi Məhkəməsinin qərar verməyə məcbur olduğunu yazıb.

"Qeydiyyat İdarəsinin bizə təklif etdiyi fars adlarından imtina etdikdən və iki ay çalışdıqdan sonra türkcə Xaqan adına şəxsiyyət vəsiqəsinin verilməsi barədə qərar verilməsinə nail olduq. Bu işdə əməyi olan vəkillər Hadi Əlipur və Əsgər Məhəmmədiyə təşkkür edirəm. Yaşasın haqq- ədalət!"-deyə, Mahmudi bildirib.

Bundan öncə Təbrizin 39-cu Hüquq Məhkəməsi Xaqan adına şəxsiyyət vəsiqəsi verilməsini "islam və İran mədəniyyətinə, ölkə qanunlarına uyğun olmadığı"nı bildirib. Məhkəmə Qeydiyyat İdarəsinin bu ada şəxsiyyət vəsiqəsi verməməsinə haqq qazandırmışdı.

Qeyd edək ki, İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

İnsan haqları sahəsində fəaliyyət göstərən təşkilatlar məsələ ilə bağlı  Beynəlxalq İnsan Hüquqları Müşahidəçiləri, İrqçiliyə Qarşı Komitə, Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Komitəsi və başqa beynəlxalq təşkilatlara şikayət və hesabatlar göndərib.

Bu hesabatda İran İslam Respublikası tərəfindən türklərə qarşı insan ləyaqətinin davamlı təhqir olunduğu vurğulanıb.  

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar