SON XƏBƏRLƏR

İki azərbaycanlı vəkil müvəqqəti azadlığa buraxılıb

2022.10.28, 07:20
İki azərbaycanlı vəkil müvəqqəti azadlığa buraxılıb

Gunaz.tv

Təbriz zindanının təkadamlıq kameralarında saxlanılan Şərqi Azərbaycan Vəkillər Dərnəyinin üzvləri Sina Yusifi və Mehdi Əmiri oktyabrın 27-də girov qaeşılığında müvəqqəti olaraq məhkəməyə qədər azad ediliblər.

Hüquqşünas Mehdi Zəhiri özünün sosial media hesabında etdiyi paylaşımda iki vəkilin azadlığı barədə məlumat verib və onların nədə ittiham edildikləri haqda heç bir bilgi verilmədiyini qeyd edib.

Başqa bir azərbaycanlı vəkil Qasım Bodi Binab isə hələdə Təbriz zindanının təkadamlıq kamerasında saxlanılır.

eyd edək ki,  adları qeyd edilən üç vəkil 15 oktyabrda təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq Təbriz zindanına köçürülüblər.

Vəkillərin həbsi oktyabrın 14-də tanınmış vəkil Sina Yusifinin Təbrizdə 1700 nəfərin hökumət məmurları tərəfindən həbs edildiyini və saxlanılanların azadlığı üçün müdafiə komitəsi yaratdıqlarını bildirməsindən sonra baş verib. 

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar