SON XƏBƏRLƏR

Kıbrısın Tələt problemi

2021.10.20, 07:36
Kıbrısın Tələt problemi

Gunaz.tv
Kıbrısın Tələt problemi Qüzey Kıbrısı addım-addım yunanlara təslim edən Mehmet Əli Tələtin dərdi nədir? BMT-nin sabiq baş katibi Kofi Annan, Qüzey Kıbrıs Türk Cümhuriyyətinin indiki prezidenti Mehmet Əli Tələt, Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyası və ABŞ dövlət katibinin yardımçısı Metyu Brayza. Onların arasında ilk baxışdan heç bir əlaqə olmasa da, əslində məntiqi təmas mövcuddur. Metyu Brayza buyurur ki, "AKP-nin qapadılması ABŞ-ın bölgədəki maraqlarına zidd olardı". Qayət maraqlı bir açıqlamadır və cənab Brayza ya bunu bilərəkdən deyərək baş nazir Rəcəb Tayyib Ərdoğanın kimlərin vasitəsilə necə hakimiyyətə gətirildiyini AKP rəhbərliyinə bir daha xatırladır, ya da Türkiyədəki dünyəvi, demokrat və atatürkçü kəsimə çox konkret mesaж verərək "AKP-yə toxunmaq bizim Türkiyədəki maraqlarımızın təmsilçisinə əl uzatmaq kimidir" xəbərdarlığı edir. Kipr problematikasının həllinin "Annan planı" deyilən qayət sadəlövh, ilk baxışdan ölü doğulduğu əsla şübhə doğurmayan bir taktiki variantı var idi. O planın şərtlərinə görə, Kiprin hər iki tərəfində - yunun Kipri və Qüzey Kıbrısda - referendum keçirilir, tərəflər "hə" cavabı verdikdə adanın vahid şəkiddə Avropa Birliyinə daxil olmasına şərait yaradılır, ikiyə bölən sərhədlər ləğv olunur, Kipr federativ quruluşa malik olur və sonra da problemlərin tədricən çözümünə başlanırdı. Yunanlar plandan xəbərdar olan kimi "yox" dedilər və Avropa Birliyinə təkbaşına qatılacaqlarını söyləyərək nizamlanma variantlarına əməl etmək niyyətində olmadıqlarını bəyan etdilər. BMT-nin baş katibi Kofi Annan, ABŞ və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da and-aman etdilər ki, xeyr, siz bu "rum"lara qulaq asmayın, bir az sinirlidilər, keçib gedər - onilliklər sonra barışa getmək asanmı? Və bu kimi gəvəzə dilətutmalar. Kıbrıslı türklərə nələr vəd olunmadı ki... Təki onlar referendumda "hə" desinlər. Dedilər. Nə oldu? BMT, ABŞ və Rəcəb Tayyib vədlərini unutdular, Kipr Avropa Birliyinə üzv oldu, kıbrıslı türklər isə yenə də statusuz, tanınmamış və blokada durumunda. Referendumdan bir ay sonra, mayın 26-da BMT-nin baş katibi Kofi Annan bəyanatında dedi: "Kiprin şimalındakı türklərin referendumda bizim planı dəstəkləmələri faktiki olaraq onların müstəqillik iddialarından əl çəkmələri deməkdir". Halbuki baş verənlərin bircə məqsədi var və o məqsəd günbəgün reallaşır: adanın yunan tərəfi addım-addım türk torpaqlarına hakim olmaqdadır. Məhz AKP-nin yürütdüyü bivec və kollabrisionist siyasət nəticəsində Qüzey Kıbrısın minlərlə vətəndaşı çarəsizlikdən Kipr Respublikasının pasportlarını alıb. Kiprli yunanların Qüzey Kıbrısı dövlət kimi tanımadıqlarını, üstəlik adanın şimalında, türklər yaşayan bölgədəki bütün torpaqları "işğal bölgəsi" adlandırdıqlarını nəzərə alsaq Kıbrıs vətəndaşlarının yunan Kiprindən pasport almaları olduqca əndişəli məsələdir. Qüzey Kıbrısın lideri Mehmet Əli Tələtlə baş nazir Soyerin hökuməti yunanların təzyiqlərinə dözmür, Türkiyədə iqtidardak AKP isə hakimiyyətə gəlməzdən əvvəl ağalarına verdiyi vədləri birbəbir yerinə yetirir. Ərdoğanla Tələtin qatı millətçi və türk ulusuna nifrət edən Papadopulosun təkidlə israrları qarşısında geri çəkilmələrinə baxmaq isə həm komik, həm də faciəli durumdur. Zəifliyini boynuna almaq istəyən AKP indi lideri Rəcəb Tayyib vasitəsilə özünə haqq qazandırmağa çalışaraq bildirir ki, Kıbrısla bağlı geriləmənin səbəbi "Əlavə Protokol" adlı anlaşmanı Kıbrısa qarşı tətbiq edilən embarqolar aradan qaldırılacağı təqdirdə gündəmə gətirəcək. AKP-in gerçək məqsədi isə əslində Maraşın qapalı bölgələrinin BMT vasitəsilə kiprli yunanlara verilməsi, Türkiyənin dəniz və hava limanlarının yunanlara açsılması, Qazi Maqusa limanının Kiprə peşkəşi - bir sözlə, Kıbrısda postmoderin çevrilişi həyata keçirməkdi. Lakin türk insanı bu rəzalətə etiraz edəndə əvvəlcə AKP, sonra da Tələt-Soyer dueti geri çəkildi. Mehmet Əli Tələtin siyasəti lap əvvəldən bəri Türkiyənin adadan çıxarılmasına yönəlib və Kıbrısın indiki prezidenti o istəyindən əsla vaz keçməyib, keçməyəcək də. AKP isə bu addımları ataraq Avropa Birliyinə üzvlük probleminin həllini yaxınlaşdırıcağını, AB dəstəyi ilə iqtidarda qalacağını düşünür. Tələt kiprli yunanlara Kıbrısdıakı mal-mülklərinə görə təzminat ödəməyə razılıq verir və anlamır ki, bu razılaşma Qüzey Kıbrısın yox edilməsində önəmli "irəliləyiş"dir. Bu azmış kimi Kıbrısa maliyyə yardımlarını AB məhz Kipr vasitəsilə edəcəkmiş ki, bu da yunan kiprlilərin türklərə yuxarıdan aşağı baxmalarına dəlalət edən daha bir amil. Vay, zavallı sadəlövhlər... Həsən AĞACAN express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar