SON XƏBƏRLƏR

Kim Çen In Amerika və Rusiya rəsmiləri ilə görüşmək istəyir

2021.10.20, 07:36
Kim Çen In Amerika və Rusiya rəsmiləri ilə görüşmək istəyir

Gunaz.tv

GünAz TV: KXDR lideri Kim Çen In Koreya Əmək partiyasının nümayəndələri ilə görüşdə Rusiya, Amerika Birləşmiş Ştatları (ABŞ), Yaponiya, Cənubi Koreya və Çin rəsmiləri ilə görüşlərin keçirilməsinin mümkünlüyünü müzakirə edib.

 

APA-nın məlumatına görə, bu barədə Yaponiyanın “Asahi” qəzeti xəbər verib.

 

“Yaponiya hökuməti Şimali Koreya Vətəndaşları Assosiasiyasının dəstəyi ilə zirvə görüşünü qəbul etməyə hazır olduğunu bildirib”, məlumatda deyilir.

 

Qeyd edək ki, Şimali Koreya Vətəndaşları Assosiasiyası KXDR-in Yaponiyadakı faktiki səfirliyidir.

 

Martın 27-də Pekində səfərdə olan Kim Çen In ABŞ və Cənubi Koreya ilə dialoq aparmağa və bu ölkələrin liderləri ilə görüşməyə hazır olduğu bəyan edib. Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya lideri ilə may ayınadək görüşün keçirilməsinə razılıq verib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar