SON XƏBƏRLƏR

Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şərait yaratmağı tapşırıb

2021.10.20, 07:36
Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şərait yaratmağı tapşırıb

Gunaz.tv

GünAz TV: Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə münasibətlərin yaxşılaşdırılması üçün lazımi şəraitin yaradılmasına dair tapşırıqlar verib.  


APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə KXDR lideri xalqa müraciəti zamanı bildirib.


“Koreya yarımadasında gərginliyə son qoymaq üçün Koreya xalqının səylərinin birləşdirilməsi üçün vaxt çatıb. Söhbət tək KXDR-Cənubi Koreya münasibətlərinin yaxşılaşdırılmasından getmir, söhbət həmçinin millətin barışığından, onun könüllü birləşməsindən gedir”, - deyə KXDR Mərkəzi Televiziyasının hazırladığı materialda bildirilir.  


Qeyd edək ki, KXDR yanvarın 9-da yüksək səviyyəli danışıqların aparılmasına dair Cənubi Koreyanın təklifini qəbul edib. Bir neçə gün əvvəl isə Cənubi Koreya və KXDR nümayəndələri arasında telefon danışığı olub. Danışıqlar zamanı Şimali Koreya idmançılarının Cənubi Koreyada  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakı məsələsi müzakirə edilib.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar