SON XƏBƏRLƏR

Kim Çen In hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb

2021.10.20, 07:36
Kim Çen In hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb

Gunaz.tv

GünAz TV: Koreya Xalq Demokratik Respublikasının lideri (KXDR) Kim Çen In Koreyanın Əmək partiyasının mərkəzi hərbi komitəsinin iclasında iştirak edib.

 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi bildirib.

 

Qeyd edilir ki, KXDR lideri hərbçilərə "mürəkkəb daxili və xarici vəziyyət" haqqında danışıb.

 

"Ali lider Kim Çen In iclasın gedişatında mürəkkəb daxili və xarici vəziyyəti təhlil edib və bildirib ki, iclas çərçivəsində ölkənin silahlı qüvvələrinin gücləndirilməsi üzrə əhəmiyyətli təşkilati, siyasi tədbirlər və hərbi addımlar barədə qərarlar qəbul ediləcək", - deyə agentlik bildirib. 

 

Qeyd edək ki, son vaxtlar Amerika Birləşmiş Ştatları (ABŞ), Yaponiya və Cənubi Koreya KXDR-ə Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqlar masası ətrafına əyləşməyə çağırıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar