SON XƏBƏRLƏR

Kim Çen In yeni taktiki idarə olunan raketlərin sınaqlarında iştirak edibKXDR

2021.10.20, 07:36
Kim Çen In yeni taktiki idarə olunan raketlərin sınaqlarında iştirak edibKXDR

Gunaz.tv

GünAz TV: KXDR ölkə lideri Kim Çen Inın şəxsi rəhbərliyi altında atılan yeni taktiki idarə olunan raketləri işə salıb. 

 

"Report" xəbər verir ki, bu barədə çərşənbə günü Yonhap agentliyi Şimali Koreyanın ÇTAK agentliyinə istinadən məlumat yayıb.

 

Bildirilib ki, ölkənin qərb hissəsindəki aerodromdan atılan iki taktiki idarə olunan raket paytaxt ərazisi və mərkəzi bölgələr üzərindən uçaraq Şərqdəki adada hədəfi uğurla vurub.

 

Sınaq nəticələrinə görə, onları müşahidə edən Kim Çen In, raketlərin atılmasının "Cənubi Koreya və Amerika Birləşmiş Ştatlarının (ABŞ) birgə hərbi təlimləri ilə əlaqədar xəbərdarlıq göndərmək üçün bir fürsət" olduğunu söyləyib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar