SON XƏBƏRLƏR

Kim Cin In böyükölçülü reaktiv sistemin sınağında iştirak edib

2021.10.20, 07:36
Kim Cin In böyükölçülü reaktiv sistemin sınağında iştirak edib

Gunaz.tv

GünAz TV: Şimali Koreya lideri Kim Cin In çərşənbə axşamı böyükölçülü reaktiv sistemin sınağında iştirak edib.

 

APA xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (CTAC) xəbər yayıb.

 

Daha əvvəl bildirilib ki, çərşənbə axşamı səhər Şimali Koreya Pyeonq Namdo əyalətindən Yapon dənizinə doğru iki raket mərmisi buraxıb.

 

Yapon hərbçilərinin təhlillərinə görə, may ayından bəri onuncu belə raket sınaqları keçirilib: “Bunlar üç növ yeni modifikasiyalı raketləridir. 4 və 9 may, 25 iyul və 6 avqust tarixlərində “İskəndər” raket kompleksinə bənzər yeni  modifikasiya edilmiş qısamənzilli bərk yanacaqlı raketlər buraxılıb.


Avqust ayında Şimali Koreyanın "super böyükölçülü raket sistemi" adlandırdığı qurğulardan mərmilər buraxılıb. Avqustun 10 və 16-da atılan raketlər isə Amerika Birləşmiş Ştatları istehsalı olan “ACMS”-ə bənzəyir”.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar