GünAz TV: İranın Kirman şəhərində zəncirvari yol qəzası baş verib. 10-dan çox avtomobilin toqquşması nəticəsində 13 nəfər xərasət alıb.
Polisin verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında qeydə alınıb.
Xəsarət alan 13 nəfərin içərisində uşaqlar da var. Yaralananlardan 7-sinə amblator tibbi yardım göstərilsə də, 6 nəfərin vəziyyəti ağır olduğundan, onlar xəstəxanaya yerləşdiriblər.
Qeyd etmək lazımdır ki, İranın müxtəlif bölgələrində tez-tez ağır yol nəqliyyat hadisələri baş verir. Mütəxəssislərin dediklərinə əsasən, bunun səbəblərindən biri sürücülərin sürət həddini aşması olsa da, ən böyük səbəb ölkə yollarının bərbad vəziyyətdə olmasıdır.
Ə.A