SON XƏBƏRLƏR

Kirmanşah şəhərində daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Kirmanşah şəhərində daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Gənc məhkuma çıxarılan ölüm hökmü altı gün əvvəl icra olunsa da, bu barədə xəbər yenicə yayılıb. 

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, naməlum səbəbə görə qətl törətməkdə təqsirləndirilən “İbrahimi” soyadlı 21 yaşlı məhkum, aprelin 27-si sübh saatlarında İranın Kirmanşah şəhərinin zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar