SON XƏBƏRLƏR

Kirmanşah zindanında daha 1 nəfər edam edilib

2021.10.20, 07:36
Kirmanşah zindanında daha 1 nəfər edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər dar ağacından asılıb. Məhkum 11 gün əvvəl edam edilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, səkkiz il əvvəl Kirmanşah şəhərində aralarındakı ixtilafa görə dayısı oğlunu qətlə yetirən 38 yaşlı məhkum Nurullah Zəngənə Vəndi aprelin 27-si sübh saatlarında İranın Kirmanşah şəhərinin Dizelabad zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə, dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar