SON XƏBƏRLƏR

Kirmanşahda polis əməkdaşının avtomobil sərnişinlərinə atəş açması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

2021.10.20, 07:36
Kirmanşahda polis əməkdaşının avtomobil sərnişinlərinə atəş açması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb

Gunaz.tv

GünAzTV: İranın Kirmanşah şəhərində bir polis əməkdaşının bir avtomobil sərnişinlərinə tapançadan atəş açması nəticəsində 1 nəfər həlak olub, 2 nəfər yaralanıb. Hadisə 3 gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

İrandakı hüquq-müdafiəçilərinin yaydığı xəbərə əsasən, hadisə avqustun 19-u sübh saatlarında Kirmanşahın taxta bazarında baş verib. Yerli hüquq-mühafizə qüvvələrinin naməlum səbəbdən saxladığı avtomobil sərnişinləri ilə bir polis əməkdaşı arasında mübahisə yaranıb. Nəticədə polis əməkdaşı gözlənilmədən tapançasından avtomobil  sərnişinləriə atəş açıb. Atəş nəticəsində Kirmanşah şəhər sakinləri 24 yaşlı Məcid Yaqubniya yerindəcə həlak olub, 23 yaşlı Miad Pələngi və 25 yaşlı Miad Şaveysi ağır bədən xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

 

Avtomobilin gənc sərnişinlərinə atəş açan polis əməkdaşının adı, onun saxlanılıb-saxlanılmaması və hadisənin detalları barədə hər hansı bir məlumat yayılmayıb.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar