SON XƏBƏRLƏR

KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır

2021.10.20, 07:36
KİV: Şimali Koreya liderinin vəziyyəti ağırdır

Gunaz.tv

GünAz TV: “Şimali Koreya lideri Kim Çen In cərrahiyyə əməliyyatı keçirib və vəziyyəti çox ağırdır”.

 

"Report" “CNNTurk”ə istinadən xəbər verir ki, bunu Amerika Birləşmiş Ştatlarının (ABŞ) yüksək vəzifəli dövlət rəsmisi iddia edib.

 

Həmin məmur Kim Çen Inın səhhətinin ağır olması barədə kəşfiyyat məlumatını araşdırdıqlarını deyib.

 

Şimali Koreya rəhbərinin aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı keçirilən təntənəli tədbirdə iştirak etməməsi iddiaya sübut olaraq göstərilir.

 

Cənubi Koreyada çıxan “Daily NK” qəzeti Kim Çen Inın ürək-damar sistemində problemin olduğunu və bu səbəbdən cərrahiyyə əməliyyatı keçirdiyini yazıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar