SON XƏBƏRLƏR

Kiyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb”

2021.10.20, 07:36
Kiyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb”

Gunaz.tv

GünAzTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 26-da jurnalistlərə açıqlamasında ölkədə koronavirusun yeni qurbanlarından və ona yoluxanların sayının artmasından danışıb.

 

O deyib ki, İranın müxtəlif bölgələrində daha 3 nəfər koronavirusdan həyatını itirib: “Bununla da, hazırda ölkədə koronavirusdan ölənlərin sayı 19 nəfərə, onu yoluxanların sayı isə 139 nəfərə çatıb.

 

Virusa yenicə yoluxma hallarına gəlincə, 15 nəfər Qum əyalətində, 9 nəfər Gilanda, 4 nəfər Tehran əyalətində, 1 nəfər Mərkəzi əyalətdə, 3 nəfər Xuzistanda, 2 nəfər Sistan-Bəlucistanda, 1 nəfər Kirmanşahda, 1 nəfər Ərdəbildə, 1 nəfər Mazandaranda, 1 nəfər Loristanda, 2 nəfər Fars əyalətində, 1 nəfər Simnanda, 2 nəfər Kohkiluye və Boyer Əhməd əlalətində, 1 nəfər də Hormozqanda korona virusuna yoluxub” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

Həmçinin hazırda virusa yoluxduğu ehtimal edilən 1000-dən çox insanın həkim nəzarəti altına alındığı bildirilir.

 

 

Qeyd edək ki, Kiyanuş Cahanpur hazırda koronavirusdan ölənlərin 19, ona yoluxanların isə 139 nəfər olduğunu bildirsə də, İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının dəfələrlə çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə səy göstərdiyini bildirirlər.

 

Bu arada, İran parlamentinin deputatı Əhməd Əmirabadi Fərahani fevralın 24-də jurnalistlərlə görüşündə Qumda koronavirusa yoluxanlarla bağlı şok açıqlama verib.

 

İranın səhiyyə nazirini xalqa yalan danışmaqda və onu cəmiyyətə düzgün məlumat verməməkdə günahlandıran deputat deyib ki, ötən bazar gününün axşamına qədər təkcə Qumda 50 nəfər koronavirusdan ölüb. Deputat deyib ki, Qumda hər gün təxminən 10 nəfər həmin virusdan həyatını itirir.

 

A.M

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar