SON XƏBƏRLƏR

Kıyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 26-ya, virusa yoluxanların sayı isə 245 nəfərə çatıb”

2021.10.20, 07:36
Kıyanuş Cahanpur: “Koronavirusdan ölənlərin sayı 26-ya, virusa yoluxanların sayı isə 245 nəfərə çatıb”

Gunaz.tv

GünazTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 27-də mediaya açıqlamasında koronavirus qurbanlarının sayının artığını bəyan edib.

 

Cahanpur deyib ki, ötən günə nisbətən İranda koronavirusdan ölənlərin sayı yüksələrək artıq  26 nəfərə çatıb: “Həmçinin korona virusuna yoluxnların sayı da artaraq 245 nəfərə yüksəlib. Həmin şəxslərin qəti şəkildə virusa yoluxduğu artıq təsdiq edilib” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.

 

Cahanpur həmçinin korona virusunun ölkənin 20 əyalətinə yayıldığını bildirərək, vətəndaşlara özlərini virusdan qorumaq üçün evdə qalmağı, imkan daxilində izdihamlı yerlərə getməməi təvsiyə edib.

 

 

Qeyd edək ki, İranın Səhiyyə Nazirliyi bu günə qədər ölkədə 26 nəfərin koronavirusdan öldüyünü  bildirsə də, qeyri-rəsmi mənbələr, o cümlədən də İranın tibb mərkəzlərində çalışan müstəqil mənbələr, virusdan ölənlərin və ona yoluxanların sayının qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə səy göstərdiyini bildirirlər.

 

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar