SON XƏBƏRLƏR

Kiyanuş Cahanpur koronavirusun kəskin yayılmasına görə Çini ittiham edib: "Statistikalarınız acı zarafat idi"

2021.10.20, 07:36
Kiyanuş Cahanpur koronavirusun kəskin yayılmasına görə Çini ittiham edib: "Statistikalarınız acı zarafat idi"

Gunaz.tv

GünAz TV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur həm öz ölkəsində, həm də dünyada koronavirusun bu qədər kəskin yayılmasına Çinin yaydığı yanlış statistikaların bais olduğunu deyib.

 

O, jurnalistlərlə video konfrans vasitəsilə keçirdiyi mətbuat konfransında bildirib ki, Çin hökumətinin koronavirusla bağlı yaydığı statistika və rəqəmlər "acı zarafat" idi.

 

"Görünür, Çin hökumətinin koronavirusa yoluxmuş və bu xəstəlikdən ölmüş insanlarla bağlı yaydığı statistikaları acı zarafat idi. Dünyanın bir çox ölkələri Çinin təqdim etdiyi həmin məlumatlara əsasən, bunun adi qrip olduğunu və çox az sayda insanın ölümünə səbəb olduğunu düşünürdülər. Görünür, Çin hökuməti bu xüsusda bütün dünya ilə acı zarafat etdi", - deyə Kiyanuş Cahanpur əlavə edib.

 

Sözçü sonda qeyd edib ki, Çin indi də 2 ay ərzində koronavirusun yayılmasının qarşısını ala bildiyini iddia edir və bütün dünya bu sözlərin həqiqətə uyğun olub-olmadığını diqqətlə nəzərə almalıdır.

 

Xatırladaq ki, martın 6-da Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin rəhbəri Mayk Pompeo Çin hökumətini koronavirusla bağlı yalan məlumat yaymaqda ittiham etmiş və bu məlumatların ölkəsinin böyük problemlərlə üz-üzə qalmasına yol açdığını demişdi.

 

Lakin İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Pompeonun bu sözlərinə işarə edərək, Çinə koronavirusla mübarizədə "effektiv addımları"na görə təşəkkür etmiş və ABŞ-ı bu xəstəlikdən "siyasi bəhrələr götürməyə cəhd"də ittiham etmişdi.

 

Digər tərəfdən, "Free Asia" Radiosunu koronavirusla bağlı bu xəstəliyin ilkin olaraq yayıldığı Çinin Vuhan şəhər sakinləri ilə sorğu aparıb. Sakinlər bildiriblər ki, onlar koronavirusdan bu şəhərdə azı 42 mindən 46800 nəfərə qədər insanın öldüyünü təxmin etdiklərini deyiblər. Çin isə bu rəqəmin cəmi 2500 nəfər olduğunu iddia edir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar