GünAzTV: İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur martın 4-də jurnalistlərə açıqlamasında ölkədə koronavirusdan ölənlərin və yoluxanların son statistikanı yayıb.
O bildirib ki, son bir sutka ərzində daha 15 nəfər virusdan ölüb, 586 nəfərin isə yenicə virusa yoluxduğu aşkar edilib: “ “Beləliklə də bu günə qədər ölkədə koronavirusdan ölənlərin sayı 92-ə, yoluxanların isə sayı 2 min 922 nəfərə yüksəlib” -deyə, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur əlavə edib.
Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə virusdan ölənlərin sayının 92-yə, yoluxanların sayının 2 min 922 nəfərə çatdığını bildirsə də, İranın tibb mərkəzlərində çalışan qeyri-rəsmi mənbələr, virusdan ölənlərin və yoluxanların sayının qat-qat çox olduğunu bildirirlər.
Həmin mənbələrin dediyinə görə, İran rejimi virus qurbanlarının sayını azaltmaqla, öz səriştəsizliyini və ölkədə baş verən insani faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışır.
A.M