SON XƏBƏRLƏR

Kobra sancan urmiyəli sehrbaz müalicə üçün Türkiyədən Misirə aparılıb

2021.10.20, 07:36
Kobra sancan urmiyəli sehrbaz müalicə üçün Türkiyədən Misirə aparılıb

Gunaz.tv

GünAz TV: Türkiyədə fəaliyyət göstərən güney azərbaycanlı sehrbaz Arif Qəfurini ilan sancıb.

 

Urmiyəli gənc sehrbaz Antalyada hotellərin birində çıxışına hazırlaşan zaman məşq etdiyi kobranın qurbanı olub. Məlumata görə, ilan onun sağ qolunun biləyə yaxın hissəsindən sancıb. Tək olan sehrbaz özünü itirməyərək biləyini dəsmalla sıxıb və zəhərin bədəninə yayılmasının qarşısını almağa çalışıb.

 

Artıq A.Qəfurinin müalicə almaq üçün Misirə göndərildiyi bildirilir. Məlumata görə, Sehrbazın sağalması üçün zəhər əleyhinə vaksinin 24 saat ərzində bədəninə yeridilməsi lazımdır. O kobranın zəhərini deaktivləşdirmək üçün dərman vasitəsi Misirdə olduğu üçün bu ölkəyə göndərilib.

 

Reanimasiyada olan sehrbazı ambulans helikopter Antaliya hava limanına aparıb, o buradan xüsusi təyyarə ilə Misir paytaxtı Qahirəyə göndərilib.

 

Arif Türkiyədə olduğu zaman onun vəziyyətinin stabil olduğu bildirilib.

 

 

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar