Köçəryan küçə mübarizəsinə qayıdır: "Onun qarşısında iki yol var"- Politoloq Yeganə Hacıyeva

2021-07-20 13:02

Ermənistanın sabiq prezidenti, seçkilərdə “Hayastan” blokunun baş nazirliyə namizədi olmuş Robert Köçəryan deputat mandatından imtina edib. 

Gunaz.tv Quote | Gunaz article

O, imtina barədə rəsmi ərizəsini bu gün MSK-ya təqdim edib.

“Mən xaraktercə icraçı adamam. Əminəm ki, indi öz yerimi komandama güzəştə getmək daha yaxşı olar. Onların hər biri yaxşı deputat olacaq”-deyə, o bildirib.

Robert Köçəryan deyib ki, Ermənistan prezidenti postundan sonra deputat mandatı onu cəzb etməyib: “Seçkidə mənə səs verənlər baş nazir postunda görmək istəyirdilər”.

Robert Köçəryanın bu addımı birmənalı  qarşılanmır. Sabiq prezident parlament tribunasından niyə imtina etdi?  O, seçki yolu ilə mübarizənin perspektivinə inanmır? 
Sabiq dövlət başçısı Nikol Paşinyanı devirmək üçün çevriliş yoluna baş vuracaq? 

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva Günaz.TV-yə açıqlamasında deyib ki, Köçəryan yeni siyasi mübarizə yoluna baş vurmaq istəyəcək:

Yeganə Hacıyeva: BMT-nin ən ağrılı problemi ilə bağlı Əliyev dünyaya daha  bir çağırış etdi - TŞ qətnamələri kağız parçaları kimi qalacaq, ya...

“Köçəryan mandatdan imtina edib. O, hesab edir ki, seçkidə haqqı tapdalanıb. Seçkinin saxtalaşdırıldığını iddia edir və bunu əsaslandırır. O, küçədən başlanan mübarizə üsuluna keçib. Məsələ burasındadır ki, Ermənistandakı seçki sistemi hakimiyyətin seçki yolu ilə dəyişdirilməsi üçün əlverişli deyil.

Seçki komissiyası üzvlərinin mütləq əksəriyyəti hakim partiyanın üzvləridir. Seçkinin nəticələrini təsdiqləyən Konstitusiya Məhkəməsi müstəqil deyil. Hakimlər iqtidarın tövsüyyəsi ilə təsdiq edilir. Seçkinin özünün keçirilməsi zamanı inzibati resurslardan istifadə edilir. 

Media, dövlət televiziyaları hakimiyyətin nəzarətindədir. Bütün bunlar Ermənistanda hakimiyyətin seçki yolu ilə dəyişdirilməsini mümkünsüz edir. Lakin düşünürəm ki, Robert Köçəryanın parlamentdə qalıb mübarizə aparması daha məqsəduyğun olardı. Çünki o faktiki ana müxalifətin rəhbəri idi. Robert Köçəryan Xocalıda qətliam törətmiş adamdır. 

Qadın, qoca və uşaqların qatilidir. O, istənilən anti-konstitusion addıma gedə bilər. Lakin hazırda onun belə bir rıçaqları yoxdur. Siyasətdə mövcud şərtlərlə oynamaq zorundadır. Bununla belə hesab edir ki, hazırkı durum, parlamentdəki vəziyyətin onun qələbəsi üçün yetərli deyil. Hesab edir ki, küçə metodları daha effektli olar”.

Politoloq bildirib ki, son parlament seçkilərinə tərəddüdlə girən Köçəryanın qarşısında iki yol var: “Ya o siyasəti və Ermənistanı tərk edib getməlidir. Ya da siyasətdə qalıb fəaliyyətini davam etdirməlidir. Belə görünür ki, o, getməyi deyil, qalıb mübarizə aparmağı seçib.

Nikol Paşinyanın Köçəryandan fərqi ondadır ki, Baş nazir proseslərə media vasitəsilə təsir imkanlarına malikdir. 

O, ictimai rəyə sosial media üzərindən təsir edir. Paşinyanın idarə etdiyi 7 “youtube” kanalı var ki, ölkədə gündəmin formalaşmasında böyük rol oynayır.

Köçəryan isə küçə metodlarından yararlanmaq istəyir. Qısası, Paşinyan “facebook qəhrəmanı”, sosial media siyasətçisidir, Köçəryan isə mitinqlərdə aktivdir. Köçəryanın parlamentə getməməsi Paşinyanın işinə yarayır. Bu durum Paşinyanın işini daha asanlaşdıracaq”.

Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Qlobal istiləşmə bəşəriyyəti qarşısıalınmaz fəlakətə yaxınlaşdırır- BMT-dən hesabat

2021-09-17

gun az article

Ərdoğan: “Türkiyə qədər faciələr qarşısında prinsipial davranan ikinci bir ölkə yoxdur”

2021-09-17

gun az article

Dövlət Xidməti: "Azad olunan ərazilərdəki tarix-mədəniyyət abidələrinin reyestri yaradılacaq"

2021-09-17

gun az article

Azərbaycanda son sutkada 1770 nəfər COVID-19-a yoluxub, 24 nəfər ölüb

2021-09-17

gun az article

Azərbaycanın rayonlarına dolu düşüb, şimşək çaxıb

2021-09-17

gun az article

Deputatlar azad edilmiş ərazilərdəki ekoloji vəziyyəti təhlil edəcəklər

2021-09-17

gun az article

Kölndə Azərbaycan dilinin tədrisinə başlanılıb

2021-09-17

gun az article

Səid Xətibzadə: “Böyük Tonb, Kiçik Tonb və Əbu Musa adaları İran məxsusdur”

2021-09-17

gun az article

Şuşada qəzaya düşən hərbçi vəfat edib

2021-09-17

gun az article

“Arşın mal alan” Çində çin dilində tamaşaya qoyulub – VİDEO

2021-09-17

gun az article

İran rəsmən Şanxay Əməkdaşlıq Təşkilatına üzv seçilib

2021-09-17

gun az article

Ceyhun Bayramov: "Azərbaycan BMT ilə əməkdaşlığa əhəmiyyət verir"

2021-09-17

gun az article

Şuşanın "Türk dünyasının mədəniyyət paytaxtı"na namizədliyi təqdim edilib

2021-09-17

gun az article

İran rəsmisi: “Ərak ağır su reaktoru ən qısa zamanda istifadəyə hazır olmalıdır”

2021-09-17

gun az article

"Son hadisələr İranla Ermənistanın birgə oyunudur, aramıza nifaq salmaq istəyirlər”- Araz Obalı

2021-09-17

gun az article

İranın Rəcayişəhr zindanında daha 5 məhkum edam edilib.

2021-09-17

gun az article

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdama gedir

2021-09-17

gun az article

Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü Ağrıdağa yürüşlə qeyd edilib

2021-09-17

gun az article

İran rəsmisi: “İbrahim Rəisi BMT-nin Baş Assambleyasında çıxış edəcək”

2021-09-17

gun az article

İranın “Hizbullah”a göndərdiyi yanacaq karvanı Livana daxil olub

2021-09-17