SON XƏBƏRLƏR

Nəmin mahalından köç arrtıb: İşsizlik və quraqlıq səbəbindən insanlar yurdlarını tərk edir

2021.12.23, 13:29
Nəmin mahalından köç arrtıb: İşsizlik və quraqlıq səbəbindən insanlar yurdlarını tərk edir

Gunaz.tv

Xüsusilə Nəminin ən böyük yaşayış yerlərindən biri olan Ağbulaq Mustafa xan kəndinin əhalisi son illər xeyli azalıb.

Əhali qeyd olunan səbəblər ucbatından kəndi tərk etmək məcburiyyətində qalıblar. 

Kənd Şurasının başçısı Ramin Xacəvi deyir ki, bundan öncə əyalət valiliyi, Kənd Təsərrüfatı İdarəsi, Ətraf Mühit İdarəsi, Böhran və Su Qaynaqlarını İdarəetmə Mərkəzinin birgə iştirakı ilə keçirilən toplantıda kəndin problemlərinin həll olunması ilə bağlı verilən vədlərin heç biri reallaşmayıb. 

“Quraqlıq səbəbindən meydana gələn toz fırtınaları, keçidlərin və əkin sahələrinin torpaq qalaqları ilə örtülməsi səbəbindən kəndlilər ev-eşiklərini buraxıb başqa yerlərə köçməyə məcbur olublar”-deyə, R.Xacəvi bildirib. 

Kənd Şurasının sədri Hüseyn Dadxah da faktı təsdiqləyib. Onun szölərinə görə, mərkəzinin tədbir görülmədiyi üçün bundan öncə kənd ərazisinin yalnız 8 hektarında yaranan toz fırtınası  hazırda 100 hektara çatıb və bütün kənd ərazisini bürüyüb. 

Məsələyə münasibət bildirən Ərdəbil əyalətinin Ətraf Mühit Baş İdarəsinin rəhbəri Səid Şəhənd problemin həllinin onların vəzifə səlahiyyətlərinə daxil olmadığını deyib, məsuliyyəti başqa qurumların üzərinə atıb. 

Nəmin şəhərinin Təbii Sərvətlər və Su Qaynaqlarının İdarəedilməsi Mərkəzinin başçısı Əsəd Sadiqpur da məsələyə münasibət bildirib.

O da başqa idarə rəhbərlərinin dediklərini təsdiqləyərək məsələnin həllinin onların səlahiyyətlərindən qıraqda olduğunu iddia edib. 

Qeyd edək ki, son bir ildə adı çəkilən bölgədəki problemlərlə bağlı dəfələrlə məsələ qaldırılıb.

Yerli sosial media və ətraf mühit fəalları bölgədən köçün nigəran edici səviyyədə olduğunu barədə xəbərdarlıq ediblər. 

Ancaq bütün bunlara baxmayaraq əlaqədar qurumların hamısı məsələnin həllinin onların vəzifəsi olmadığını bildirib və məsuliyyətdən yayınıblar. 

 

روستای «آق‌بلاغ مصطفی‌خان» نمین مرکز طوفان‌های غبار

C.E

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar