SON XƏBƏRLƏR

"Urmu gölünün üzərindəki körpü dəyişdirilməlidir"-Ekoloji təşkilat bəyanat yaydı

2022.07.18, 07:33
"Urmu gölünün üzərindəki körpü dəyişdirilməlidir"-Ekoloji təşkilat bəyanat yaydı

Gunaz.tv

Qurum Urmu gölü üzərindəki körpünün ekoloji problemin şiddətlənməsində rol oynadığı və onun dəyişdirilməsinin vacibliyini bildirib.

"Urmu gölünün üzərindəki körpü yanlış şəkildə layihələndirilib. Dünyanın bir çox yerlərində göllərin üzərində körpülər tikilir, ancaq onların heç biri torpaq səddən tikilmir"-deyə, bəyanatda qeyd olunub.

Bəyanatda Təbriz Universitetinin araşdırmalarına istinad edilir.

Qeyd olunur ki, göl üzərində inşa edilən vasitəçi körpü suyun təbii dövriyyəsinin pozulmasına səbəb olur, buna görə də ekoloji problem şiddətlənir.

Azərbaycan Ətraf Mühit Evi bu və digər amillərdən çıxış edərək Urmu üzərindəki körpünün torpaq hissəsinin götürülməsinin vacibliyini vurğulayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar