"Kömək et, Çin zindanındayam"- Çindən ixrac edilən ayaqqabıya tikilmiş kağızda yazılmış cümlə

2020-11-20 14:41

Rusiya vətəndaşının xaricdən sifariş edərək aldığı ayaqqabıdan çıxan kağız parçasının üzərindəki cümlə son günlərin ən aktual xəbərlərindən birinə çevrilib.

Gunaz.tv Quote | Gunaz article

Belə ki, Sankt-Peterburq şəhərinin sakini olan Ruslan adlı rusiyalı onlayn qaydada 1 cüt ayaqqabı sifariş verib. Sifarişi çatdıqdan sonra ayaqqabıları böyük həvəslə geyinmək istəyib. Lakin ayaqqabının içərisindən tapdığı kağız parçasında yazılmış cümlə onun diqqətini çəkib. Həmin cümlədə yazılmış sözlər Ruslanı şok edib. 


Həmin kağızda "kömək et, mən Çin zindanındayam, 1 uyğur" sözləri yazılıb. Hələ ki, Rusiyanın əsas informasiya resursları bu kağızda yazılanların doğru olub- olmadığını təsdiqləməyib. 

 


Bu, müsəlman azlıq olan Uyğun Türklərinin cari il ərzində atdığı analoji 3-cü belə addımdır. Bundan əvvəl də onlar bu Çinin ixrac etdiyi mallara bu cür yazılar yapışdıraraq, dünyanın diqqətini Çin rejiminin uyğurlara qarşı həyata keçirdiyi repressiyalara çəkməyə çalışıblar. 


İyul ayında 180 insan haqları təşkilatının yaydığı bəyanatda qeyd edilirdi ki, təqribən Çinin bütün moda sənayesi müəssisələrində uyğurlar məcburi pulsuz əməyə cəlb edilərək istismar olunurlar. 


Uyğurları istismar edən əsas brendlərdən biri "Zara"dır. İki ay öncə Parisdə insan haqları fəalları "Zara"nın dükanlarında paltarların üzərilərinə etiketlər yapışdıraraq, bu İspaniya markasının Uyğurları istismar etməsinə etiraz ediblər. 


İnsan haqları təşkilatlarının sözlərinə görə, dünyanın 82- dən çox brendi Çində yerləşən fabrik və zavodlarında Uyğunların pulsuz olaraq məcburi əməyə cəlb edilmələrindən bəhrələnirlər. Eləcə də, Sintszyan-Uyğur Muxtar Rayonundan gələn 80 mindən çox Uyğur Türki isə Çinin müxtəlif bölgələrinə yayılaraq işləyirlər.


Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının ekspertləri və insan haqları təşkilatları bildirirlər ki, Çin rəsmiləri azı 1 milyon Uyğuru və digər Türk əsilli müsəlmanları məcburi "islah- əmək koloniyaları" kimi də məşhurlaşan düşərgələrə yığırlar. Burada onlara ağır işgəncələr verilməsinə dair dəfələrlə məlumatlar yayılıb. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

2020-12-02

gun az article

Gəncədə rəsmilər yaralı hərbçilərin müalicə aldıqları xəstəxanada olublar

2020-12-02

gun az article

Azərbaycan Türkiyə ilə birgə Qarabağda Yüksək Texnologiyalar Parkı yaradacaq

2020-12-02

gun az article

Azərbaycan dövlət başçısı: “Artıq müharibə arxada qaldı”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti: “Böyük sevinc hissi ilə bildirirəm ki, Laçın rayonu işğaldan azad olunub”

2020-12-01

gun az article

Azərbaycan Prezidenti xalqa müraciət edir - CANLI

2020-12-01

gun az article

Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərdə partlayıcı maddələr, əsasən, əllə təmizlənir

2020-11-30

gun az article

Dünyada son sutkada 500 mindən çox COVID-19-a yoluxma hadisəsi qeydə alınıb

2020-11-30

gun az article

Azərbaycanın Təhsil naziri Tibb Universitetinin qəzada ölən tələbələri ilə bağlı paylaşım edib

2020-11-30

gun az article

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin üzvləri Ərsin Tatarla görüşüblər

2020-11-30

gun az article

Kəlbəcər rayonunun İstisu qəsəbəsindən - VİDEOGÖRÜNTÜLƏR

2020-11-28

gun az article

“Fənərbaxça” şəhid Niyamin Niftalızadə ilə bağlı başsağlığı verib- FOTO

2020-11-28

gun az article

Azərbaycanlı icması Derbi Şəhər Şurasına etiraz məktubu göndərib

2020-11-28

gun az article

Fuat Oktay: “Türkiyə hərbçiləri ən qısa zamanda Azərbaycandakı vəzifələrini icra edəcəklər”

2020-11-28

gun az article

Rusiya XİN: Dağlıq Qarabağ nizamlanması ilə bağlı Türkiyəylə təmasdayıq

2020-11-27

gun az article

Kanadada silahlı insident zamanı bir uşaq ölüb

2020-11-27

gun az article

Dünyada COVID-19-a yoluxanların sayı 61 milyonu keçib

2020-11-27

gun az article

Çavuşoğlu və NATO Baş katibi Dağlıq Qarabağı müzakirə ediblər

2020-11-26

gun az article

Rusiyalı senator: “Fransa Senatının Dağlıq Qarabağla bağlı qərarı hökumət üçün elə tövsiyə olaraq qalacaq”

2020-11-26

gun az article

Azərbaycan neftinin bahalaşması davam edir

2020-11-26