SON XƏBƏRLƏR

“Kömür” filmi bu gündən Təbriz, Ərdəbil və Tehran kinotreatrlarında yayımlanacaq

2021.10.20, 07:36
“Kömür” filmi bu gündən Təbriz, Ərdəbil və Tehran kinotreatrlarında yayımlanacaq

Gunaz.tv

GünAz TV: Güney azərbaycanlı rejissor tərəfindən çəkilən “Kömür” filmi oktyabrın 7-dən Tehran, Təbriz və Ərdəbil şəhərlərinin kinoteatrlarında ekrana çıxarılacaq.

 

İsmayıl Münsifin film əsəri Azərbaycan türkcəsində istehsal olunub, filmdə güney azərbaycanlı aktyorlara müxtəlif rollar verilib.

 

“Kömür” filmi bundan əvvəl İranda keçirilən Fəcr Film Festivalında qərəzli münasibətlər və ayrı-seçkiliyə məruz qalıb.

 

Filmin rejissoru İsmayıl Münsif may ayında İnstqaram səhifəsində paylaşdığı bir postda festival məsullarının onun türkcə əsərinə laqeyd münasibətindən şikayətlənmişdir.

 

O qeyd etmişdir ki, “Kömür” filminə heç bir mükafat nəsib olmadı, hətta münsiflər heyəti həvəsləndirmək məqsədi ilə də olsa, filmin aktyorlarından birini belə mükafatlandırmadı.

 

“Şübhəm yoxdur ki, əgər film fars dilində və tanınmış bir prodüserlə istehsal olunsaydı, bu gün onun taleyi tam fərqli olardı. Lakin mən deməliyəm ki, hər zaman türk dilində film çəkəcəm. O qövmün dilində ki, onun İran kinoteatrından payı yalnız bir sıra gülünc elementlərdən ibarətdir, hansı ki, hər bir izləyici ona gülür və İrşad İdarəsi tərəfindən heç vaxt senzura tətbiq olunmur. Bu, müxtəlif qövmlərin təhqir olunması deməkdir,”- deyə rejissor səhifəsində qeyd etmişdir.

 

Filmin ekrana çıxarılacağı zaman:

Tehran: Oktyabrın 12-dən, təcrübə və incəsənət kinoteatrları qrupunda (kinoteatr muzeyi, Pərdis Kuruş, Pərdis Çaharsu, Pərdis bağ-i kitab)

Təbriz: Oktyabrın 9-dan “Sitare baran” kinoteatrında

Ərdəbil: Oktyabrın 12-dən İnqilab kinoteatrında

 

Filmin Urmiya və Zəncan kinoteatrında yayımlanacağı vaxt yaxında elan olunacaq.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar