SON XƏBƏRLƏR

Kondoliza Raysdan Iran və Rusiyaya xəbərdarlıqlar

2021.10.20, 07:36
Kondoliza Raysdan Iran və Rusiyaya xəbərdarlıqlar

Gunaz.tv
Kondoliza Raysdan Iran və Rusiyaya xəbərdarlıqlar k.rays.jpg Amerikanın dövlət katibi Kondoliza Rays İrana xəbərdarlıq edib ki, Amerika öz və müttəfiqlərinin maraqlarını İranın hücumlarından müdafiə edəcək. Rays İranın, ona qarşı nüvə proqramına görə hücum edilərsə, İsrail və Amerika maraqlarına zərbə endirməyə hazır olması barədə hədələrinə cavab verib. Gürcüstana səfəri zamanı Rays deyib ki, ABŞ-ın öz müttəfiqləri qarşısında öhdəlikləri heç kimdə şübhə doğurmamalıdır. Kondoliza Rays deyib: "Biz həm Amerikanın, həm də müttəfiqlərimizin maraqlarını müdafiə edəcəyik. Biz öz müttəfiqlərimizə onların müdafiəsində yardım göstərməyə dair çox möhkəm öhdəlik götürmüşük. Heç kim buna şübhə etməsin." Rusiyaya ciddi xəbərdarlıq Tbilisidə Gürcüstan prezidenti Mixail Saakaşvili ilə danışıqlardan sonra Rays Vaşinqtonun Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. "Biz Gürcüstanla dostluğumuzdan qürur hiss duyuruq." BBC-ının yaydiqi məlumata əsasən, Rays eləcə də Gürcüstanın NATO-ya inteqrasiyasının lehinə çıxış edib. Onun sözlərinə görə, "bu Gürcüstana daha demokratik surətdə inkişaf etmək" imkanı verərdi. Gürcüstan və onun separatçı bölgələri ilə münaqişəyə toxunan ABŞ-ın dövlət katibi Kondiliza Rays Rusiyanı buradakı vəziyyəti qəlişləşdirməkdə ittiham etdi: "Rusiya münaqişəni qızışdıran tərəf yox, onun həllində iştirak edən tərəf olmalıdır. Mən bunu ruslara açıq şəkildə demişəm, qapalı görüşlərdə də. Vaxtaşırı Rusiyanın bu bölgədəki hərəkətləri bizdə narahatlıq doğurub. " Mixail Saakaşvili isə əlavə edib ki, "regionda təhlükəsizlik məsələləri ilə məşğul olan birgə komitənin yaradılması Gürcüstanı çox sevindirərdi." O Gürcüstanın yaxınlarda bu məsələ ilə bağlı Rusiya rəhbərliyinə müraciət edəcəyini deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar