SON XƏBƏRLƏR

Konsertində qadın ifaçı oxuduğuna görə Əli Qəmsərinin fəaliyyəti qadağan olunub

2021.10.20, 07:36
Konsertində qadın ifaçı oxuduğuna görə Əli Qəmsərinin fəaliyyəti qadağan olunub

Gunaz.tv

GünAz TV: İranlı musiqiçi və bəstəkar Əli Qəmsərinin fəaliyyəti konsertində Halə Seyfizadənin mahnı ifa etməsinə qadağan edilib.

 

Bu barədə musiqiçi özü məlumat yayıb. O, bu barədə hökmün şifahi şəkildə ona bildirildiyini və çox guman ki, bu qərarın Mədəniyyət Nazirliyinin musiqi şöbəsinə də göndərildiyini deyib.

 

Əli Qəmsərinin Tehranın “Vəhdət” musiqi sarayında konserti zamanı qadın müğənni Halə Seyfizadə mahnı ifa etmişdi. Bu zaman salonun bütün səs sistemləri söndürülsə də, müğənnilər səs sistemi olmadan öz ifalarına davam etmişdilər.

 

Qeyd edək ki, İranda qadınların ifası rejim tərəfindən qadağan edilib. Buna görə də rejim dəfələrlə mədəni tədbirləri “qadın səsinin açıq-aşkar eşidilməsi” bəhanəsi ilə dayandırıb. İranlı axundlardan da bəziləri daim qadınların mahnı oxumasının “haram” olduğu barədə fitvalar verirlər. Bir müddət əvvəl Şirazda keçirilmiş “Şahmat” adlı tamaşa da qadın müğənnilərin ifasına görə ləğv edilmişdi. 

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar