SON XƏBƏRLƏR

Körfəz ölkələri İranla mübarizə istiqamətində Amerikanın regionda yenidən hərbi qüvvələr cəmləşdirilməsinə razılıq veriblər

2021.10.20, 07:36
Körfəz ölkələri İranla mübarizə istiqamətində Amerikanın regionda yenidən hərbi qüvvələr cəmləşdirilməsinə razılıq veriblər

Gunaz.tv

GünAz TV: Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri Amerikanın körfəz ölkələrində İranla mübarizə üçün yenidən öz qüvvələrini cəmləşdirməklə bağlı istəyinə razılıq veriblər. Bu razılıq ABŞ ilə körfəzdə yerləşən ərəb ölkələri arasında qarşılıqlı anlaşma əsasında verilib.

 

Amerikanın yenidən körfəz ölkələrində hərbi qüvvələr yerləşdirməkdə məqsədinin İranın bu ölkələrə və ABŞ-ın regionda olan maraqlarına qarşı həyata keçirə biləcəyi hər hansı bir hücum və terror aktının qarşısını almaq olduğu deyilir.

 

Ərəb ölkələri rəsmilərinin razılaşma ilə bağlı dediklərinə əsasən, bu fəaliyyətlərin hədəfi İranla müharibə başlatmaq deyil, əksinə, rəsmi Tehranın körfəzdə stabilliyi pozmağa hədəflənmiş addımları, eləcə də törədə biləcəyi terror hücumlarına əngəl olmaqdır.

 

Digər tərəfdən, Pentaqonun adlarının açıqlanmasını istəməyən rəsmiləri 2 gün öncə ABŞ-ın iki mina gəmisinin heç bir problem yaşanmadan Hözmüz boğazından keçdiyini bildirmişdilər. Rəsmilər bu keçidi son illər ərzində reallaşmış ən təhlükəsiz keçid adlandırmışdılar.

 

Qeyd edilən 2 gəminin hərbi ləvazimat daşıyan gəmilərlə birlikdə Amerikanın 5-ci donanmasının əməliyyat bölgəsində yerləşdirildiyi bildirilir.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar