SON XƏBƏRLƏR

Körfəzdə gəminin batması nəticəsində 4 ekipaj üzvü itgin düşüb

2021.10.20, 07:36
Körfəzdə gəminin batması nəticəsində 4 ekipaj üzvü itgin düşüb

Gunaz.tv

GünAz TV: Fevralın 23-ü axşam saatlarında körfəzdə, Əsəluyə sahillərindən 92 kilometr uzaqlıqda kiçik həcmli gəmi batıb.

 

Dubaydan Nəxl Tağı şəhərinə doğru hərələt edən gəminin dənizin ortasında yerləşən neft platformalarından birinin yaxınlığında tufan nəticəsində çevrildiyi bildirilir.

 

İran Sahil Xilasetmə Qüvvələri ekipaj üzvlərindən 2 nəfəri xilas etməyə müvəffəq olsalar da, digər 4 nəfəri tapmaq mümkün olmayıb.

 

İlkin saatlarda hava şəraitinə görə axtarışlara helikotper cəlb etmək mümkün olmayıb. Lakin bu gün yayılan məlumatlarda artıq digər ekipaj üzvlərinin havadan axtarışına start verildiyi bildirilir.

 

Ə.A

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar