SON XƏBƏRLƏR

“Koroğlu” tamaşası 20 il fasilədən sonra səhnəyə çıxarılacaq – Təbrizdə / VİDEO

2021.10.20, 07:36
“Koroğlu” tamaşası 20 il fasilədən sonra səhnəyə çıxarılacaq – Təbrizdə / VİDEO

Gunaz.tv

GünAz TV: Məşhur “Koroğlu” tamaşası təxminən 20 il fasilədən sonra gələcək həftələrdə Təbrizdə səhnəyə çıxarılacaq.


Tamaşa “29 bəhmən” bulavarında fərhəngi-hünəri kompleksinin Ustad İqbal Azər salonunda səhnələşdiriləcək.
Azərbaycanlıların böyük rəğbətini qazanan tamaşa 2000-ci ildə 60-cı nümayişdən sonra bir daha səhnələşdirilməyib.


“İsna” xəbər agentliyinin yaydığı xəbərə görə, tamaşanın müəllifi və rejissoru Yaqub Seddiq Camalı mövzu ilə bağlı məlumat verib: ““Koroğlu tamaşası aktyorluq, ritmik hərəkətlər, Azərbaycan musiqisi, aşıq sənəti və digər sahələrə aid 100-dən çox sənətkarın 250 saatlıq məşqindən sonra nümayişə hazır olub. Məşqlər 7 ay müddətində həyata keçirilib.”


Azərbaycanlı rejissorun sözlərinə görə, “Koroğlu” tamaşası bundan əvvəl İran Beynəlxalq Tamaşa Festivalında ən yaxşı tamaşa kimi seçilib.


“Koroğlu” tamaşası Təbriz, Tehran, Əhvaz, Türkiyənin Trabzob və Azərbaycan Respublikasının Naxçıvan şəhərində səhnəyə çıxarılıb.


https://www.youtube.com/watch?time_continue=1&v=b_Bcfxrv4uE&feature=emb_logo

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar