SON XƏBƏRLƏR

Koronavirus həbsxanalarda; 5 güney azərbaycanlı fəal sərbəst buraxılıb

2021.10.20, 07:36
Koronavirus həbsxanalarda; 5 güney azərbaycanlı fəal sərbəst buraxılıb

Gunaz.tv

GünAz TV: Ötən günlərdə 5 güney azərbaycanlı fəal koronavirus epidemiyası ilə bağlı həbsxanadan sərbəst buraxılıb.

 

Azad edilən məhbusların kimliyi xanım Həkimə Əhmədi, Əbülfəzl Fəkuri, Qulamrza Rəşidi, Məhərrəm Xoşnam və Məhəmmədqulu Seyfidən ibarətdir.

 

Məlumata görə, milli-mədəni fəal Həkimə Əhmədi 18 ay həbsdən sonra martın 17-də Marağa zindanından sərbəst buraxılıb.

 

Ərk- Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin yaydığı məlumata görə, adları qeyd olunan digər 4 fəal da Marağa zindanından azadlığa buraxılıb.

 

Koronavirus İran zindanlarında yayıldıqdan sonra bir neçə güney azərbaycanlı fəal ağır mülki vəsiqə qarşılığında məzuniyyətə buraxılıb və ya müvəqqəti olaraq azad edilib.

 

Bu günədək güney azərbaycanlı fəal Əkbər Nəimi müvəqqəti olaraq həbsxanadan azad edilib. Rəhim Qulami, İbrahim Nuri, Kiyanuş Aslani, Saleh Molla Abbasi və Süleyman Kazimi isə cəzaçəkmə müəssisələrindən məzuniyyətə buraxılıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar